Dünya
09.11.2015 / 19:40

32 deputat istefa verdi

32 deputat istefa verdi İnform.az "RİA Novosti" agentliyinə istinadən bildirir ki, Tunisin hakim partiyası olan "Nidaa Tunis" üzvü olan 32 deputat istefa verib. Qeyd edək ki, sözü gedən partiyaya ölkə prezidenti Beci Kaid Əs-Səbsi rəhbərlik edir.

Deputatların istefasının səbəbi isə, prezidentin oğlunun Hafed Kaid Əs-Səbsinin atasının səlahiyyət müddəti başa çatdıqdan sonra onun yerinə prezident olmaq istəməsidir.

Məlumata görə, hakim partiyadan olan 32 deputatın istefasından sonra hazırda parlamentdə İslamçı "Ən-Nəhdə" partiyası üstünlük təşkil edəcək.

Baxış sayı: 213