Hadisə
07.07.2015 / 17:59

Kanalda batdı

Kanalda batdı

Kürdəmir sakini kanalda batıb. Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Cığırlı kəndində baş verib.

Ağsu rayonunun Padarçöl kənd sakini, 1996-cı il təvəllüdlü Xəlilli Ağakərim Azər oğlu Kürdəmir rayonunun Sığırlı kəndindən keçən su kanalında çimərkən boğulub. A. Xəlillinin meyiti sudan cıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Hadisənin dəqiq baş vermə səbəbi araşdırılıb.

İnform.az

Baxış sayı: 336