Hadisə
09.11.2015 / 16:55

Elmlər Akademiyası binasında partlayış olub

Elmlər Akademiyası binasında partlayış olub Rusiya Elmlər Akademiyasının binasında partlayış olub.

İnform.az "ТАSS" agentliyinə istinadən xəbər verir ki, hadisə Akademiyanın binasında freonla dolu qaz balonun partlaması nəticəsində baş verib.

Hadisə nəticəsində 1 nəfər həlak olub.

Şəhər polisi faktı təsdiqləyib və ölən şəxsin avadanlıqlara xidmət zamanı baş verən partlayışdan öldüyünü bildiriblər.

Hazırda ərazidə operativ təhqiqat qrupu işləyir və hadisənin səbəbi araşdırılır.

Baxış sayı: 351