Dünya
07.07.2015 / 17:43

Əsədə İrandan zərbə

Əsədə İrandan zərbə

İranın Yaxın Şərq üzrə məsul xarici işlər nazirinin köməkçisi Hüseyn Əmir Abdullah Suriyada Əsədin davamlı qalması üçün israr etmədiklərini açıqlayıb.

İnform.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, 4 ildir davam edən vətəndaş müharibəsi boyunca Suriya rəhbərliyinin arxasında dayanan İrandan Bəşər Əsəd üçün sürpriz bir açıqlama gəlib.

CNN İnternationala müsahibə verən Abdullah Bəşər Əsədin Suriyada ömür boyu dövlət başçısı olaraq qalması üçün israr etmədiklərini söyləyib. Terrorçulara və xarici güclərə qarşı olduğunu söyləyən Əmir Abdullah Suriya hökumətinin tələbi əsasında hərbi məsləhətlər verdiklərini də vurğulayıb.

Baxış sayı: 301