İqtisadiyyat
07.07.2015 / 17:36

"Azəriqaz"dan 380 minlik cərimə

"Azəriqaz"dan 380 minlik cərimə

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi abonentlər və sənaye müəssisələri tərəfindən təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

SOCAR-dan İnform.az-a verilən məlumata görə, görülmüş işlərin nəticəsidir ki, bu ilin yanvar-iyun aylarında birlik üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə aparılmış yoxlamalar zamanı 1 602 əhali abonentinin, 23 qeyri-əhali abonentinin qaz təsərrüfatına müvafiq "qüsur aktı" tərtib olunub.

Tərtib olunmuş həmin aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 380 595 manat dəyərində dəymiş ziyan hesablanıb.

Baxış sayı: 263