BİZ, Sosial
08.11.2015 / 18:28

Kişilər qadınlarımızı necə görmək istəyirlər?

Kişilər qadınlarımızı necə görmək istəyirlər? İnform.az-ın “ Bu bazar kişilər danışır...” rubrikasında ilk sorğumuz belə oldu-“Qadınlarımızı necə görmək istərdiniz?”
Beləcə onlar savab verdilər, biz də sakitcə dinləyib, onların fikirlərin sizlərə yetirməyə tələsdik. Diqqətlə oxuyun əziz qadınlar, sonra demədilər deməyin ha!!!


Cavid Yusubov, həkim- Sağlam və həmişə təravətli olsunlar.
Adil Adilov,təqaüdçü-İlk növbədə məsum, namuslu. Savadlı ,səliqəli,mehriban. Xarici gözəllik məncə əsas deyil.Çünki o qadının özündən asılı deyil, Allahın lütfüdür. Daxili gözəldirsə,bu gözəllik onsuz da onun çöhrəsini məlahətli edəcək. Bir də gözləri gülsün,üzlərindən təbəssüm əskik olmasın. Bnu etmək isə biz kişilərin öhdəsinə düşür!
Ruzbeh Vəliyev,cüdoçu, məşqçi- Klassik qadın idealına uyğun...
Cəmil Axundzadə, təhsül üzrə mütəxəssis-Mən qadınlarımızı dünyagörüşlü,eyni zamanda öz ailələrinə sədaqətli görmək istiyirəm.Çünki,indiki gənc xanımların çoxu dəbdəbəli həyat arzulayır, heç kim çətinlik görmək istəmir.
Zamiq Yunusov,iş adamı-Mənə görə ideal qadın necə olmalıdır? İdeal bir qadının oxuma vərdişi olmalı. Kişilər qəzetlərin yalnız ilk və son səhifələrini oxuyan və gündəmi izləməyən qadınları söhbət yoldaşı olaraq görmürlər. Telefonla lazım olduğu qədər danışmalı. Qadınların telefon danışmalarını saatlarla uzatmaları kişilərin əsəblərini pozur. Ağır makiyaj etməkdən, həddindən artıq ətir və çox nəzərə çarpan laklar istifadə etməkdən qaçmalı. Belə görünən qadınlar daha çox diqqəti cəlb etsə də kişilərin seçimi təbii və günahsız gözəllikdən yana olur. Televiziya seriallarına asılı olmamalı. Həyatını bu seriallara görə programlayan və bu saatlarda dünyadan qopan qadınları anlaya bilməyən kişilər, təbii olaraq onlardan uzaqlaşırlar. Lüks tutqunu olmamalı, alver əsnasında da məntiqini qoruya bilməli. Kredit imkanı var deyə evə gərəksiz əşyalarla dolu paketlər daşımamalı. Formasına diqqət yetirməli. Amma hər yeməyə "diyetadayam" deyə başlamamalı. Çünki bu kişiləri ən çox sıxan sözlərdən biri… Evi ya da otağını oyuncaqlarla doldurmamalı. Yalnız görünüşü gözəl deyə evi heç bir işə yaramayan əşya kütləsinə boğmamalı. Dilini pis istifadə etməməli. Bol bol yəni, filan, şey kimi sözlər istifadə edən və arqo danışan qadınlar yerinə təsirli və nizamla danışma hər vaxt cazibədar gəlir. Yalnız qızlarla deyil kişilərlə də yoldaş ola bilən qadınlar, kişilərə daha cazibədar görünürlər. Belə qadınlarla daha asan və yaxşı ünsiyyət qura bilirlər. Uşaq təqlidi edərkən çox cansıxıcı olmamalı. Qadınların şirin olmaq adına etdikləri kiçik uşaq təqlidləri yerində və dozasında olmadığında kişilərdə tərs reaksiya yarada bilir. Qısqanc olmamalı. Sevgilisini davamlı sorğulayan və izləyən qadınlar, özlərinə güvənmədikləri mesajını verərək cazibədarlıqlarını itirə bilərlər. Kişinin hər şeyiylə maraqlanmamalı. Bəzən anasından daha irəliyə keçərək, kişinin hər işiylə maraqlanan qadınlar, aradakı münasibətin pozulmasına və kişinin qaçmasına səbəb olurlar. İç dünyasında dinc ola bilməli. Keçmişdə yaşadığı psixoloji problemləri və ailə içi problemləri təhlil edə bilməmiş qadınların, kişilərin gələcək planlarına girmələri çətinləşir. Öz ayaqları üzərində dayana bilməli. Heç bir işlərini bir kişinin köməyi olmadan edə bilməyəcəyini düşünən qadınlar, kişilərdə əvvəllər bir qoruma duyğusu yaratsa da bir müddət sonra bu duyğu sıxılmağa çevrilir.
Qasımxan Baqirov, iqtisadçı-Mən qızlarımızı namuslu, iwguzar, savadlı heyat yoldaşına dəyər verməyi bacaran, evdə gozəl xanım, işdə isə öz işguzarlığı ilə secilən, dedi -qodudan uzaq olan, intelekti yuksək, hər zaman xanımlığını qorumağı bacaran bir xanım kimi görmək istərdim.
Azər Kələntərli, təqaüdçü-Bu suala birmənalı cavab vermək çətindir. Qadınlar kimi, kişilər də müxtəlifdir. Hər kəsin bu məsələ barədə ozunə məxsus baxışı var. Mənə qalanda deyə bilərəm ki, qadın həyalı, ismətli və abırlı olmalıdir.
Əli Nəcəfov, müəllim- Diqqətinizə görə çox sağ olun. Səmimi həyat yoldaşımdan tam razıyam. Görmək istədiyim bütün insani keyfiyyətlər onda cəmləşib.
Elcin Aqayev,vəkil-Gözəl,səmimi,sakit,mehriban,duyğulu,ehtiraslı....!
Faiq Ələkbərli, dosent, fəlsəfə doktoru-Milli adət-ənənlərimizə əməl edən, dar və xoş günündə həyat yoldaşının yanında olan, Vətənini və Millətini sevən, evimizin və cəmiyyətimizin dirəyi kimi...Qadın qadın olduğunu heç zaman unutmamalıdır.. O bir anadır, həm öz ailəsinin həm də toplumun anası...Ancaq qadınlar ərlərinin ləyaqətini qorumalıdır ki, ərləri də onları ləyaqət və şərəflə qorusunlar...
Eldost Bayram,diktor-Səliqəli,sədaqətli,mehriban,bağışlamağı bacaran,evdar.
Fuad Əliyev, fərdi sahibkar, (İrlandiya)-Elə həyatın gözəlliyi insanların fərqliliyindədir. Hamı hansısa yaxşı xüsusiyyətlərinə görə yaxşıdır, pis xüsusiyyətlərinə görə pis. Məncə kişi və qadın ayırıb bunlar elə digərləri belə olmalıdır demək düzgün deyil. İnsandır hamısı. Dünyaca yaxşı və ya pis kimi qəbul olunmuş dəyərlər var. Məsələn düzgünlük, dürüstlük, qeybət etməmək, təvazökarlıq və s. yaxşı dəyərlərdir, yalançılıq riakarlıq, özündən razılıq və s. pis dəyərlərdir. Bunların hamısının müəyyən qədər olduğu qadınlar da kişilər də kifayət qədərdir. Yəni dediyim odur ki, cinsiyyətin fərqi yoxdur, hamının yaxşı və ya pis olmağı həmin dəyərlərinin çoxluğu ilə və ya azlığı ilə ölçülür. Deyə bilmərəm kİ, qadın daha çox ailə daxili ev işlərini fikirləşməlidir, kişi isə ailə xarici işləri və s. Elə hər kəs öz payına düşəni də etməlidir əvvəlcədən necə razılaşdırılıbsa. Zatən bir insan başqa bir insanla fərqli olur. Bir adamla münasibətdə olanda özünü şən deyib gülən kimi göstərirsənsə digəri ilə bəlkə də az danışan çox dinləyən göstərirsən. Yəni ki bu təbii olur, süni şəkildə yox. Çünki, münasibət zamanı hamı qarşısındakının olmadığı tərzdə olub özünə yer tapmağa çalışır. Necə ki, məsələn 20 nəfərdən ibarət sinifdə hər kəs özü üçün bir cür imic formalaşdırmış olur bu da elə. Dediyim odur ki, qadın belə olmalıdır deyə bir şey yoxdur. Əgər söhbət mənimlə münasibətdə olan qadından gedirsə, ilk gündən bu günədək formalaşan və inkişaf edən münasibət təbii yolla nəyi gərəkdirirsə o da elə olmuş olur. Təbii ki, həmin qadın mənlə yox başqası ilə olsaydı başqa cür olacaqdı. Yəni qadınları belə görmək istəyirəm demək düzgün deyil, kim necə görmək istəyirsə ilk gündən münasibəti də elə formalaşdırar ki, görmək istədiyi kimi də görər. Söhbət münasibətdə olmayan qadından gedirsə istər fiziki istər xasiyyət istərsə də digər anlamlarda, hər kəs öz ətrafına görə formalaşıb deyə elə onların gözəlliyi fərqliliyindədir. Necə varlarsa elə də görmək istəyirəm.
Habil Şirinov, ehtiyatda olan zabit-Qadinlar mülayim, həyat yoldaslarina qarsı diqqətli və sədaqətli olmalidirlar. Istərdim ki,haqq-ədalət uçün kişilərin mubarizələrinə mane olmasinlar, yəni “sənin nəyinə gərəkdir millət,torpaq dəməsinlər.Övladlarini vətənpərvər böyütsünlər.
Mübariz Süleymanli, kulturoloq-Xoşniyyət, abırlı, savadlı, zövqlü, insani dəyərlərin daşıyıcısı – ziyalı.
Fikrət Şahbazli, müəllim-Qadınları cəmiyyətimizin bərabər hüquqlu üzvü kimi görürəm. Lakin qadınlarımızın dünya görüşləri məhdud olduğundan yerli adət-ənnənəyə uyğun olaraq cəmiyyətdə passiv mövqe tuturlar.Əksər ali təhsil məktəblərində qızlar çoxluq təşkil etsələr də dövlət məmurları arasında azlıq təşkil edirlər. O.nları daha fəal görmək istərdim
Vuqar Miraslanov, iş adamı-Savadli...Savadı olarsa qalan hər şey düzələr...
Nurlan Qələndərli, sosioloq-Hər bir cəmiyyetin ahəngdarligi və dinamik inkisafini muəyyən edən amillərdən biri sosial munasibətlərdir. Bu kontekstdə fərdi yanasmalar da xususi əhəmiyyət kəsb edir ki, burada insanlarin bir-birinə, o cumlədən gender munasibətləri fonunda kisilərin qadinlara və qadinlarin kisilərə baxışı ayrica ehəmiyyıtli faktordur... Sizin sorğunuza gğlince, konkret olaraq deyə bilərəm ki, bu suala cavab, əlbəttə, individual xarakter dasıyır. Cunki insanlar dasıdıqları dəyərlər, tefekkur tərzinə və xarakterik özəlliklərinə göre qarşısındakı insanlari dəyərləndirirlər. Azərbaycan cəmiyyətində kisilər qadınları adətən əxlaq, mənəviyyat kontekstində özelliklərin daşıyıcıcı görmək istəyirlər.. Mənim düşüncəm ise ondan ibarətdir ki, əsas diqqəti şəxsiyyət məsələsinə yönəltmək lazimdir... Yəni bir fərd kimi qadin ahəngdar və yetkin şəxsiyyət özəllikərini özündə daşımalıdır. Yetkin xarakterə, rasional və həm fərdi, həm də ictimai mənada arzuolunan şəxs kimi xarakterize edilər.
Nəriman Zeynalzadə, filoloq- Qadınlar özlərini səmimi, olduqları kimi aparsalar gözəldirlər. Şan-şöhrətə uymamağa, ailəsinə, Vətəninə sadiq olmağa özlərini borclu bilməlidirlər. Xüsusən geyimlərinə həmişə diqqətli olmağa nəzarət etməlidirlər. İşlədiyi yerlərdə nəzakətli olmaqla yanaşı danışıqlarına fikir verməklə bərabər ədəb-ərkanlı olmalıdırlar. Evinin qadını olmalıdır.
Samir Nəbi, mühəndis- Əgər hər bir qadın həyat yoldaşını ürəkdən sevirsə , o elə kişinin görmək istədiyi qadın olacaq.
Təvəkkül Məmmədov, işsiz- Gözəl və ağıllı...
Tural Əhməd, aktyor- Kişilərini sevsinlər yetər...
Sahib Mirzəxanov,is adami- Qadınlarımızı Milli Məclisdə 90%, nazir olaraq 60%,gormek istərdim...
Rövşən Qasimov,vəkil-Qadin..anadir..qadin..bacidir...qadin..xaladir..qadin bibidir...qadin heyat yoldaşidir..Ən nahəyət qadın namusdur. Hər bir güclü kişinin arxasinda bir qadin durur.. Kişilər qeyrətə gəlin.. namusunuzu küçəyə atmayın.. kişilər unutmayın ki qadınlar kişilərə Allahın əmanətidir.. Əmanəti qorumayanlara ise Allah dərgahına gedən yol bağlı.
Arzu Arzumanlı, biznes mütəxəssisi- Səmimi və təbii...
Abbas Səfərli, ehtiyatda olan zabit-Qadınlarımızı sovet donəmində olduğu vaxtlardakı kimi gömək istərdim.

Səbuhi Mübariz-Abbasov,təşkilat sədri- Tam səmimi deyim ki, qadınlarımızı ən əsası baxımlı formada görmək istərdim. Yəni bura xarici görünüşə aid olan bütün xarakteristika aiddir. Qadının forması, geyimi yerli yerində olmalıdır. Digər tərəfdən qadın işgüzar olmalıdır. Praktika göstərir ki, işgüzar qadınlar daima formada olur. Bundan başqa cəmiyyətdə bir sıra sosial vəzifələr var ki, orada qadının təmsil olunması daha effektli olur. Ümumiləşdirərək demək istəyirəm ki, qadın cazibədar, işgüzar, baxımlı və aktiv olmalıdır. Şəxsən mən belə qadınları bəyənirəm .
Gündüz Xurşudov,təşkilat sədri- Mən qadınlarımızın hamısını ağ göyərçin kimi yüz faiz azad, gülərüz və xoşbəxt görmək istəyirəm.
Tofiq Kazim,müəllim- Mən qadınlarımızı hər zaman təbiətcə alicənab, zahirdə gözəl, batində təmiz, ağıllı, vəfalı, ismətli, hərəkətlərinə daim fikir verən, ərinin, ailəsinin qədrini bilən, hörmətini saxlayıb ləyaqətini qoruyan, çətin zamanda sədaqətli, fədakar olmağı bacaran görmək istərdim...
Xalid Nəsibov, iş adamı-Mənim 34 yaşım olmaqıma baxmayaraq hələki subayam...yoldaşı üçün həyat yoldaşı, balaları üçün qayğıkeş ana cəmiyyət üçün mübariz qadın..birdəki həmişə hər yerdə xanımlığını qoruyub saxlasın...
Respondentlərimizdən biri- Mən şəxsən kişinin puluna görə yox, mənliyinə ,şərəfinə goörə qadinlar tərəfindən qiymətləndirilməsini istəyirəm.
Bəybala Mirzəyev, jurnalsit- Biz əvvəllər öyrəşmişdik Qaçaq Nəbinin zövcəsi Həcər xanımdan, yadaki Sosialist Əməyi Qəhramanı olan pambıqçı qızlardan ağızdolusu danışmağa. Onlarla öyünürdük, fəxr edirdik. Onları məktəbli qızlara,gənc xanımlar nümunə kimi göstərməyə. Ancaq bəs indi hanı o qəhramanlar ? İndi kimi nümunə göstərək ? Bu günki Azərbaycan qızlarına kimə oxşamağı tövsiyyə edək ? Sözün düzü,bu sualların cavabını vermək elə də asan deyil. Çünki 21-ci əsrin tələblərinə uyğun qadın qəhramanlarımız demək olar ki,yox dərəcəsindədir. Mən qadınlarımızı ilk növbədə əsl azərbaycanl kimi görmək istəyirəm. Ancaq əfsuslar olsun ki,bizim bəzi qadınlarımız ya ifrat dərəcədə müasirləşirlər (avropalaşırlar), yadaki əksinə, radikal islamçı cərəyanların təsiri altına düşüb fanatikləşirlər. Mən qadınlarımızı belə görmək istəməzdim. Şərqlə Qərb arasında qalan Azərbaycan qadını özü ola bilmir.
Vüsal Məmmədov, jurnalist-Azərbaycan qadını gözəldir, layaqətlidir, ismətlidir, ailənin qoruyucusudur. Kişilər qadınları həmişə belə görmək istəyir. Bir də deyirlər ki, qadınlar yalnız sevgi, diqqət gözləyir - ancaq fakt odur ki, elə kişilərin də bir dərdi var - qadınlar onlara qayğı göstərsin. Kimsə deyib ki, qadın elə bir mələkdir ki,biz uşaq ikən qoruyur,gənc ikən xoşbəxtliyimiz üçün çalışır,qocalanda isə bizə təsəlli verir.
Bir də qadınlarımızın hər zaman sülh elçisi olması cəmiyyəti qoruyur. Nənələrimizin bir adəti varmış - heç bir zaman bıçağı əl altında, stolun üstündə filan qoymazlarmış. Bu, əslində, ciddi fəlsəfi izahı olan adətdir. Bu adət bu gün də bir çox evlərdə, ailələrdə yaşayır.
Əkrəm Həsənov,vəkil- Heç olmasa ildə bir-iki kitab oxusunlar, xoşbəxtlik dərəcəsini ilk növbədə var-dövlətlə ölçməsinlər.
Zəlimxan Məmmədli, siyasətçi-Milli mənəvi dəyər daşıyıcısı olmaqla, yüksək intellekt və əxlaq daşıyıcısı...
Ehtiram İlham, şair-Hamini deyə bilmərəm, amma mən qadını elə adına layiq bir məxluq kimi görmək istəyirəm. Sadə, ailəsinə bagli və balalariyla nəfəs alan...Qalan hər sey bundan sonra gəlir.
Xaliq Həsənov, müəllim-Qadnlarımızı özünə baxımlı, gözəl, ərinə, sevgilisinə sadiq, yalandan uzaq ,doğru, dürüst görmək istərdim.
Elmin Nuri, jurnalist- Ola bilsin ki, bir neçə il bundan əvvəl bu suala tamam başqa cür cavab verərdim. Amma 25 yaşın belini yerə vurduğum ərəfədə bu sualın artıq ayrı bir cavabı var. ilk olaraq qadınlarımızı intellektual görmək istərdim. Türk qanını daşıdığına görə onların işgüzarlığına, əxlaq kriteriyalarındakı mühafizəkarlığına və mərdliyinə söz ola bilməz. Amma nə olar ki, bunları intellektuallıq, genişölçülü dünyagörüşü də addım-addım izləyə idi. İntellektual xanım kişi uğurunun memarıdır.
Bir də xoş xasiyyət. Qadının xoşxasiyyəti kişidəki bütün mənfi enerjini alt-üst edir. Amma əksi olduqda isə mənfinin üzərinə bir əlavə mənfi enerji gəlir. İntellektuallıq, mehribanlıq, anlayış qabiliyyəti olan xanımlar bu gün cəmiyyətə çox lazımdırlar.

Inform.az

Baxış sayı: 1579