Gündəm, Sosial
08.11.2015 / 13:34

Xaçmazda Dövlət Bayrağı günü qeyd edilib

Xaçmazda Dövlət Bayrağı günü qeyd edilibİnform.az bildirir ki, Dövlət Bayrağı Günü münasibətilə Xaçmaz Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda Yürüş keçirilib. Gənclərin iştirak etdiyi yürüş ötən il istifadəyə verilmiş Dövlət Bayrağı Meydanında baş tutub. Yürüşdən əvvəl rəsmi tədbirdə çıxış edənlər bayrağımızın yaranma tarixinə nəzər salaraq, bu Yürüşün keçirilməsinin əsas məqsədinin gənclər arasında dövlətçilik hissini yüksəltmək, millətimizə, bayrağımıza sevgi aşılamaq olduğunu vurğulamışlar.
Sonra isə tariximizə nəzər salınaraq, Azərbaycan Respublikasının Dövlət bayrağının 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edildiyi və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olduğu qeyd olunub.Eləcə də həmin bayrağın 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq və 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edildiyi diqqətə çatdırılıb.
Bildiyimiz kimi ölkəmizdə Dövlət Bayrağı Günü Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncamı ilə təsis olunub.

Baxış sayı: 324