Elm-təhsil
08.11.2015 / 10:32

Mərkəzi Elmi Kitabxana beynəlxalq sərgidə

Mərkəzi Elmi Kitabxana beynəlxalq sərgidə
Noyabrın 7-15-i tarixlərində İstanbulda Sərgi Tuyap Konqre mərkəzində 34-cü Beynəlxalq Kitab Sərgisi keçirilir.
AMEA Mərkəzi Elmi Kitabxananın iki əməkdaşı Amil Mirzəyev və Sevil Əliyeva sərgidə iştirak edirlər. Burada əsasən AMEA İnistitutlarının elmi jurrnalları - Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə, tarixinə, memarlığına və iqtisadiyyatına dair Azərbaycan, ingilis, alman, fransız və digər dillərdə kitablar nümayiş olunur. Həmçinin sərgidə Azərbaycan gerkəçliklərini əks etditən 26 dildə kitablar da təqdim olunub. Bununla yanaşı Azərbaycan tarixinin, incəsənətinin, mədəniyyətinin yüksəlişi, o cümlədən Azərbaycan ədəbiyyatına öz töhfəsini vermiş şəxsiyyətlərdən Əliağa Vahid, Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev, Firudin bəy Köçərlinin həyat və yaradıcılığını əks etdirən video slaydlar da sərgiyə rəng qatmışdır.

İnform.az

Baxış sayı: 418