Dünya
08.11.2015 / 01:37

Məsciddən cəbhəxana çıxdı

Məsciddən cəbhəxana çıxdı İnform.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu ölkənin Siirt polisi tərəfindən antiterror əməliyyatı həyata keçirilib.

Əməliyyat zamanı, şəhərin şəhidlər qəbristanlığının girişində torpağa basdırılmış halda olan bir ədəd raket, 8 ədəd raketatan, 7 ədəd tank əleyhinə mina aşkar edilərək müsadirə edilib.

Eyni zamanda, şəhərin Şeyx İsmayıl məscidində aparılan axtarışlar zamanı, məsciddən 3 ədəd Kalaşnokov avtomat silahı, 3 ədəd tüfəng, 220 ədəd fişəng müsadirə edilib.

Bütün müsadirə edilən silah və sursatlar Terrorla Mübarizə Şöbəsinin əməkdaşlarına təhvil verilib.

Baxış sayı: 365