Elm-təhsil
16.06.2015 / 08:30

Mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir

Mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Xocavənd, İmişli, Füzuli, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Masallıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.

İnform.az-a TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, IX sinif şagirdləri üçün imtahan saat 10-da, XI sinif şagirdləri üçün isə saat 15-də başlanır.

IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 66 imtahan mərkəzi ayrılıb. Həmin gün 21171 nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 66 imtahan mərkəzi ayrılıb. Həmin gün 18113 nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına ümumilikdə 219 imtahan rəhbəri, 1798 nəzarətçi-müəllim ayrılıb.

Baxış sayı: 646