Sosial
07.07.2015 / 16:29

Sürücülərə xəbərdarlıq

Sürücülərə xəbərdarlıq

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) nəqliyyat vasitələri sürücüləri və sahiblərinə müraciət edib.

İdarənin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyevin İnform.az-a verdiyi məlumata görə, “Yol hərəkəti haqqında” qanuna ötən ilin fevral ayında edilən dəyişikliklərə əsasən ölkədə qeydiyyatda olan mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları istehsal olunduqları vaxtdan dörd il keçdikdə iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə ildə bir dəfə texniki baxışa cəlb olunurlar.

Avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə isə istehsal olunduqları vaxtdan bir il keçdikdə ildə bir dəfə texniki baxış keçirilir.

Baxış sayı: 556