Sosial
07.11.2015 / 19:53

Xalça Muzeyində “Dalğalanan bayrağım” adlı tədbir keçirilib

Xalça Muzeyində “Dalğalanan bayrağım” adlı tədbir keçirilib Bu gün Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsi “Dövlət bayraq günü” münasibəti ilə “Dalğalanan bayrağım” adlı tədbir keçirb.

Muzeydən verilən məlumata görə, tədbirdə Uşaq Muzeyi şöbəsinin dərnək üzvlərinin əl işlərindən ibarət “Dalğalanan bayrağım” adlı rəsm sərgisi və dekorativ tətbiqi sənətinə aid nümunələr nümayiş olunub.

Tədbirdə iştirak edən, həmçinin müxtəlif məktəblərdən olan qonaqlara “Dalğalanan bayrağım” adlı intelektual oyun, “Uşaq Muzeyi” şöbəsinin təqdimatında “Naxışlar aləminə səyahət” (milli geyim növləri, xalça elementləri təsvir olunması, “Özün toxu”(kilim, palaz toxunuşunun nümayişi), “Öz xalçanı yarat” (kompyuterdə naxışlar vasitəsilə xalça kompozisiyalarının yaradılması), “Face-art” (vətənə sevgi hissini uşaqlara yaşatmaq üçün, üz və əllərinə xüsusi boyalarla Dövlət atributlarının təsviri) məktəbli şagirdlər tərəfindən çox maraqla qarşılanıb.

Çıxış edənlər qeyd ediblər ki, gələcəyimiz sayılan məktəblilər tariximiz, milli dəyərlərimiz, adət-ənənələrimiz haqqında həmişə məlumatlı olmalıdırlar.

İnform.az

Baxış sayı: 283