Gündəm, Sosial, Şərhlər
07.11.2015 / 14:55

Virtual aləm insan alverində potensial təhlükə mənbəyidir

Virtual aləm insan alverində potensial  təhlükə mənbəyidir
İnqilab ŞİRİNBƏYLİ /İnform.az


Qloballaşan dünyada son illərdə ən çox istifadə edilən internet və internet resurslarıdı. Artıq virtual aləmə daxil olmaq insanların gündəllik həyatının vazkeçilməz hissəsinə çevrilib.
Hazırda internetdən müxtəlif məqsədlər üçün istifadə edilir. Bu “hörümçək toru”nun üzərindən yaradılan saytlar vasitəsi ilə ciddi iş əlaqələri, dostluq və əyləncə məqsədi ilə istifadə olunur.

Müxtəlif maraqlı oyunların oynanıldığı internet üzərindən qurulan evliliklərə və müxtəlif səpkili aldatmalara da tez-tez rast gəlinir. Baxmayaraq ki əslində internet bir çox sahələrdə faydalı iş və əməkdaşlıq üçün mühüm texnoloji vasitədir. İnsanlar çətinliklə əldə etdiyi məlumatları və maraqlı əyləncəli şəraiti burda çox rahatlıqla tapa bilirlər. Ancaq bu, zaman keçdikcə asılılıqda aktiv rol oynayır.Və internet istifadəsinin genişlənməsi özü ilə bəzi ciddi problemlər də gətirib.
Məsələn, dostluqlar artıq internet üzərindən qurulduğu üçün heç kim əvvəlki kimi birlikdə vaxt keçirməyə maraq göstərmir. Bu vəziyyət isə insanların cəmiyyətdən təcrid olunmasına gətirib çıxarır. Məsum bir şəkildə başlayan internet istifadəsində pis niyyətli, maddi və digər məqsəd daşıyan minlərlə tələnin olduğu az sonra üzə çıxır. Hətta, bir çox transmilli cinayətkar şəbəkələr öz çirkin əməllərini məhz internet vasitəsi ilə çox asanlıqla reallaşdıra bilirlər. Bunlardan biri də insan alverçiləridir ki, onlar həm sosial şəbəkələr, həm də müxtəlif təyinatlı saytlardan istifadə etməklə öz “şikar”larını tora salmağı bacarırlar.
Burda tanışlıq saytları,yüksək gəlirli iş haqqında və xaricdə təhsil elanlarının yer aldığı saytlar rahatlıqla cinayətkarların işinə yarayırlar. Artıq minlərlə insan məhz qeyd olunan formada insan alveri qurbanı olub. Aldadılaraq xarici ölkələrə aparılan bu insanlar məcburi əməyə cəlb olunmaqla yanaşı, cinsi istismara məruz qalır və nəhayət ən dəhşətlisi isə orqan mafiyasının “yağlı qazanc”yerinə çevrilirlər. Statistik rəqəmlər göstərir ki,insan alveri qurbanların böyük əksəriyyəti qadınlardır. Çünki şöhrətpərəstlik, dəbdəbəli həyat, çoxlu pul, bahalı avtomobillər və macəra dolu istirahət arzusu, istirahət eşqi qurbanları cinayətkar şəbəkələrin toruna daha tez salır.Odur ki,sosial şəbəkələrdən,müxtəlif istiqamətli saytlardan istifadə edən zaman yüz ölçüb, bir biçmək lazımdır. Bütün bu sadalananlar onu göstərir ki,virtual aləm insan alverində potensial təhlükə mənbəyidir.Ona görə hər birimiz gündəlik həyatımızın ayrılmaz tərkib hissəsi olan internetdən istifadə zamanı diqqətli olmalıyıq. Əks halda həyatımızı bir-birinin ardınca sıralanacaq təhlükələrdən sığortalaya bilməyəcəyik.

Baxış sayı: 866