BİZ, Maqazin, Sosial
07.11.2015 / 12:45

Məşhur olmağın yeni üsulu-“Bu gün hamam günümüzdür”

Məşhur olmağın yeni üsulu-“Bu gün hamam günümüzdür” “Solaxay” qağa: “Dədə-babamız da məşğul oluf dayna bu andıra qalmışla”
Ay salamualeyküm külli media və şou əhli, eləcə də İnform.az-ın dəyərli oxucuları!
Ay sizi xoş gördük, ay sizi beş gördük... Gəlin tanış olax qağanız qurvan.
Mən -“Solaxay” qağanız bu gündən etibarən Əzrayıl qağamın köməkçisi olarax qulluğunuzdayam. Əzrayıl qağam qəfildən gəlif can alır, mənsə yavaş-yavaş, sizinlə zarafatlaşa-zarafatlaşa bəzilərinizin canını alajam. Ona görə də elə başdan deyirəm, avırlı davranın. Maa badalax filan gəlməyə də çalışmayın. Allah taala maa iki yoxe on iki göz, on iki qulax, on iki burun verif. Harda nə qələt qayırdızsa elə anındaja biləjəm, görəşəm, eşidəjəm. Bax onda vay halınıza.
Hə gəleyrəm matlafa, yox öncəliklə deyim ki, ürəyim qurvan mən bu ədəbi dildən bir az kəməm. Ona görə də elə öz dilimdə sizinlə danışajam. İncimərsiz də yağın.
Keçirəm əsas məsələyə, gündəmdə dünən gözümü dəyən hamam məsələsinə.
Deməli belədi də üreyim qurvan ,öncəliklə deyim biləsiz,( hamıvız bilirsize, amma bilməzdən gəlirsiz).Ürəyim qurvan, Azərbaycan şoousunda sənətdən başqa nə desən var. Deyir müasirlik çarığını ayaxlarına geyiniflər, elə bilirlər ki, onunla yeriyə biləjəklər. Guya binlar da sovremennikdilər dayna..
Daha anlamırlar ki, müasirlik soyunmax və ya digər məsələlərin açıx-saçıx müzakirəsi demək döylü.
Hər şeydən əvvəl ürəyim qurvan, bəziləri azərbaycanlı və müsəlman olduxların tamam unudurlar.
Lüt-üryan soyunurlar, ağzın açana: “Mən sənətçiyəm, mənim geyimimin əxlaqımla heç bir əlaqəsi yoxdur. Bu mənim səhnə geyimimdir”-deyif ağzından tarap, bi şillə.
Ər-arvad savaşına, sevgili paylaşımına çıxerlər, ağzın açana: “ Mənim şəxsi həyatımdı, kimsəyə dəxli yoxdu. Kiminlə istərəm dalaşaram, kiminlə istərəm barışaram, kiminlə istərəm sevişərəm”-deyif budu ha tarap ikinic şillə...
Yaşlı sənətkarlar belə, bu “şoucux”ların təsirinə düşüf, özlərini xalxın gözündə adiləşdırlər, ağzın açana: “ Mən sənətkaram, kimin nə həddi var mənimlə belə danışsın. Mən onları məhkəməyə verəjəm, təzminat ödədəcəjəm” deyif ha budu gəldi ha, ağzından daha bi şillə...
Danışana imkan vermir ki, bu şoo əhli. Eləcənə şillələyə-şillələyə gederlər. Bunların qavağın alan, bunlara solaxay bir şillə vuran olmalıdı ya yox. Elə ona görə də maa yolladılar ki, get bunları avra sal. Mən də ürəyim qurvan avrını, hayasını min hesab-kitabdan üstün tutan İnform.az saytına üz tutdum. Saq olsunlar, məni gözəl qarşıladılar. Fikrimi eşidəndə hətta alqışlayıf dedilər ki, “Solaxay” qağa gözümüz üsttə yerin var. Bizə də elə sənin kimi sözün düzünü deyənlər lazımdı. Xeyrli-uğurlu olsun başla görək nə edəssən.
Mən də hadı Bismillah deyib işə başladım...
Deyirəm heç bəzi KİV-çilər də bu şoo əhlindən geri qalmerlər. Alerlər kamera-mikrafonu əllərinə, düşerlər bu şəhərin canına. O qapıdan girif, bu qapıdan çıxerlər. Bu “şoucux”lar da pəh-pəhlə bunlara qapı açer ki, “budu ha a millət, maa indi televizora çəkəjəylər. Ha indi durun qavağımda görüm nə deyəssiz”-deyif yumurlar gözlərin, açerlər gül ağızların.
Kimi xoldelnikindəki produkduyla, kimi işfanerlerindəki bahalı pal-paltarıyla, kimisi əriylə, kimisi paylaşa bilmədiyi sevgilisiylə olurlar gündəmin Baş Xavarı...
Şəmi müəllim demişkən bu cahaamat da, eləmir tənbəllik kimi ocaxda yeməyini yana-yana, kimi beşikdə körpəsini çığıra-çığıra, kimi yemək stolunda yemək gözləyən ərini ac-acına qoyuf oturur televizorun qavağına ki, bəs ay aman filankəsin evin, filankəsin ərin, filankəsin sevgilisin, filankəsin alt-üst geyimin, filankəsin qızılın-brilyantın göstərərlər xavarım olmaz.
Və yaxud da ki, işdə gözlərini televizordan və ya kompyutordən çəkməyən, əsas vəzifələrin unudub bu “şoocux”ların şücaətinə ağzının suyu axa-axa baxan bəzi işbazlar görəsən nə düşünerlər bunları izləməklə, bu kanallara reytinğ qazandırmaxla???
Ay başınıza dönüm, olmadı da... Bu bəzi efirlərin, bəzi internet televiziyaların, reytinğı üçün canfəşanlıxla özünə əl qatıf, çəkdiyi bu biabırçılıxlara baxmağa siz nəyə görə özünüzü məjbur edirsiniz? Və yaxud bəzi, daha doğrusu çoxluq təşkil eliəyən xavar saytlarını niyə belə acgözlüklə oxuyursuz. Desəm ki, maraqlı, elimli, sizlərə nəsə yaxşı şeylər öyrədəjək xavarları oxuyursuz vallah yanmaram, billah yanmaram. Məni yandıran bax budure bu...
Bəzi arvatdar bir yerə yığışanda olub-olmayanı, deyilib-deyilməyəni şışırdıf, üstünə də bəzi “jurnalistlər” kimi on beşini də qoyuf danışmaxvvə yaxud da bəzi kişilər də ki, dost-tanış yanında şəstlə o hansısa “şoocux”un sürdüyü maşını, geyindiyi impırtnı kəstyüm-şalvarı, gəzdiyi və ya sevdiyi qadını müzakirəyə çıxarmaq üçün.
Yoxsa başqa nə ola bilər ki? Başqa nə sizləri bu qədər bu iyrəncikləri izləməyə məjbur edə bilər ki?
Peygəmbər (s.ə.s)-in gözəl bri kəlamı var, Allahın Rəsulu deyif ki, "Hər kəs başqasının pis işini başqalarına bildirsə, özü o işi görmüş kimidir.”
Amma siz ne edirsiniz, siz deyəndə yəni bəzi media təmsilçiləri? Olanında üstünə onunu qoyuf sırıyırsız bu millətə.
O avırsızlardan çox sizlər tənqid hədəfinə və günaha tuş gəlirsız. Çünki sizlər o iyrənclikləri yaymasa, onlar da cızıxlarından çıxıf özlərini belə aparmaz, hər kəsin özəli olan şeyləri açıx-saçıx, biavırcasına el-oba qarşısına çıxarmazlar.
Sizlər onları məşhuri -cahan etməsaaz, bəzi imkanlı simalar da yarım saatına beş-on min verib onları toylarına, şadlıq məclsilərinə gətirtməzlər.
Beləliklə də, sənətdən xavarı olmayanlar “sənətkar”-a, sənəti olanlar isə “heç kim”-ə çevrilməzlər.
Nəysə mətləbdən bir az uzaxlaşdım deysən, keçək bu hamam məsələsinə.
Qağanız qurvan kəndçı baba olanda nə olar, mənim də özümə görə savadım, dünyagörüşüm var. Elə kəndçiyəm deyə susmalıyammı hıy???
Yox, ürəyim qurvan bunu mənnən kimsə istəməsin susammaram. Bunu maa dədəmin dədəsinin dədəsinin ruhu heç bağışlamaz, hələ heç dədəm rəhmətliyi demirəm.Elə susuf, susuf bu milləti əndrəbadi günə qoymadıxmı hıy??? Nə mənada yəni ki, əndrəbadi şeylərə baxırıqsa, əndrəbadi şeyləri oxuyuruxsa deməli əndrəbadiləşmişik də ürəyim qurvan.
Bu kirditnen bir dene kompyuter almışam üreyim qurvan, bu dünya xavarlarından xavarım olsun diye.Dünən də elə təzəjənə açmışdım ki, bu andlırı, nə görsəm yaxşıdı qağanız qurvan?
Hörmət etdiyim saytlardan birində da belə bir xavar var. Hansısa oxyançı qız səhv etmirəmsə Günay İbrahimli öz istəkanqramdı nədi orda hamamda oçəkdiyi şəkilləri paylaşarax yazıfdı ki, bəs “bu gün hamam günümüzdür”.
Bıy yurdum batsın qız əkən, sözün qutarsın qız doğan. Belə biabırçılıxmı oler?
Hər eybəcərliyi bizim bu şoodu, nədii oradkılardan gözlərdim, amma daha bu qədərini yox.
Deyirəm vallah, utanmasan oynamağa nə var ki...
Bilirəm bəziləriniz bu yazını oxuyanda deyəcəksiniz ki, “bu kəndçi baba kimdi düşüf ortalığa. Sən nə bilirsən sovremennilik nədi, get qoyununu otar”. Amma yox, qağanız qurvan olmaz “Solaxay” dayınız boşuna ha gəlməyif, susmax lazım olsaydı nə ölümüm vardı bu İnform.az-da.
Deyirəm ürəyim qurvan, lüt-üryn soyunan “tayfa” üçün bu səkil toya getməlidir.
Məşhur olmağın yeni üsulu-“Bu gün hamam günümüzdür”
Mən razı, axı bunun başqa bir əmması var. Bu gün hamamda hamam xalatıyla şəkil çəkib paylaşırlarsa, vallah sabah elə o nədi adı girdə,çıkkılı-çıkkılı deşiklərində su gələnin adı, həə tuş,ya da köpüyün içində hamam ləyənində uzanıxlı şəkillərin paylaşacaqlar. Bəlkə də paylaşıblare, xavarım yoxdu. Yağın kompyuiterim olmadığı vaxtlar olub...Aaa, vay qojalıx, ay qojalıx, günlərini say qojalıx. Tamam unutmuşame Röya bajı axı hamıdan qavax hamamda lüttenif şəkil çəkmişdi... Hə dayna, onda mənim komputerum də yox idi, indiki qədər də anlamerdim bu işlərdən. Kəndçi olanda nə olar qağanız qurvan insan dağın döşündə də olsa gərəkdi ki, öz üstündə işləsin, oxusun, baxsın, gəzsin, görsün ki, o da “adam içinə” çıxanda ona şəbədə eləməsinlər... Elgizin ya Zaurun ona yazığları gəlməsin.
Bıy başıma xeyr, yenə çıxdım söhbətdən o tarafa. Hə nə deyirdim ürəyim qurvan?
Deməli,elə bir az bundan qabax da yenə açdım o saytı, nə görsəm yaxşıdı. Bir urus köpək qızı lüt-madarza hamamda nədi o kılıp çəkdirdiyi şəkillərin yayıf, hələ üstəlik yazıflarda ki, bəs “məşhur müqənni hamamda kişiləri şoka saldı...”
Ay sizin şoka salan əndamınız piltə-piltə olsun ki, heç kimsəni şoka sala bilməyəsiz.Qızın da adı Annadı, Anniçka...
Aaaa, deyirəm bəlkə bizimkinə də urusiyalı müğənni və aktrisa Anniçkanın hamamda çəkdirdiyi klipindəki fotolarından ilham təbii gəlib. Amma, fərq odur ki, bizimkilər hamam xalatındadırlare bur balaja avırlı davranıflar..
Bəlkə də günahlarına girirəm bizimkilərin, amma nə bilim nəsə şəkillərin bir-birinə yaxın tarixdə yayılması məndə belə fikir yaratdı ürəyim qurvan..
Məni baqışlayın bu ifadəmə görə, amma deməsəm ölləm...
Deyirəm bir az da KİV-də belə şəkilləri yayılsa, vallah sabah bəziləri çəkinmədən hətta spalnlərində baş verən həngamələrin də şəkillərini paylaşmaqdan çəkinməyəjəklər dədəmin goru haqqı.
Allah o gündən saxlasın...
Hə, yaxşı yadıma düşdü xatırlatmağı unutmuşdum, deyirəm eşidin:
-MƏN “Solaxay”ın solaxay şilləsinə tuş gəlmək istəmirsinizsə, qaxılın oturun oturuduğunuz yerdə, bu biabırçı-biabırçı şəkillərdən, eybəcər-eybəcər şəxsi söhbətlərinizi qoyun evdəki seyfinizə. Qapısını da elə şifrədi nədi onunla bağlayın ki, bir telekanal gəlif açammasın. Yoxsa vallahi, billahi sizə bu solaxay əlimlə elə bir draquli şillə qolazlaram ki, dünyaya gəldiyinizə peşman olarsız.
Bu televizoru, bu andıra qalmamış kompyuteri ona görə almamışam ki, arvad-uşax avırdan-hayadan çıxsın. Ayıfdı vallahi,billahi ayıfdı.
Hə, a telekanallar, a media əhli sizə də deyirəm:
Ta bəsdirin, bu millətin oyuncaq yerinə qoyduğuz andıra qalmış reytinq dediyiniz bu zəhrimarla. Qağa, vallah narkoman narkotikə, alkaş arağa, siqaret çəkən siqaretə alışan kimi, sizlər də nə alışmısız bu reytinqə. Qadanızı alım, qoyun yaşıyax da, imkan verin bir tikə qazandığımızı əppəyi sakit-sakit, avırla-həyayla yeyək da ollmadı ki taa..
Hə eşitdiyimdən deyirlər ki, bu reytinq olmasa sizlər aj qalarsız. Eləmi? Yəni sizə reklam filan verən olmayajax ,əgər reytinqiniz kəllə çarxa çıxmasa.
A qadanızı alım, a başınıza dönüm, olmazmı bu reytinq qardaşla avırlı-həyalı verilişlərinizlə, ismətli-qavliyatlı yazılarınızla yoldaş olasız. Gərəkdi ki, elə bu milləti “dəli”mi edəsiz hıy?
Evində arvadının üzünə dik baxa bilməyən kişiləri nədi o dəli divanə olanlara derləre mənyəkdı nədi ona çevirif, darış verirsiz bu bədbaxt qızının canına.
Qaynana-qaynata yanında yaşmaxlanan gəlini isə eləmisiz mənyəckədi nədi, onnan. Ər evə gələn kimi, qaynana nədi, qaynata nədi,ürəyim qurvan, deyir “belə getmə gözümdən gedərəm özümdən. Oturassan yanımda baxajıyıx televoizora filankəsdən verəjəklər. Nə bilim sexsdən danışacaxlar.”
Dədə-babamızda məşğul oluf dayna bu andıra qalmışla...

Andıra qalmış bu seks nəmənə şeydi axı bu milləti dəli edif salıf çöllərə...
Dədə-babamızda məşğul oluf dayna bu andıra qalmışla, day millətə elan elemiyiflər ki, mən hara getdim, harda çimdim, kimnən yattım, kimnən durdum...
Hə bu badbaxt balası ərdə ki, həddi nədi hıqqasın çıxara. Lal-mat oturuf,gözlərin də dikir bu andıra qalmış telvizora. Hə di dayan görüm bu göstərilənlərin qavağında sakitcənə.
Yox. Yox day həvəsdi, bəsdi. Bəsdirin, ağrınız, qadanız maaa gəlsin. Yazıqdı bu millət imkan verin bir gün görsün dayna. Daşın salsın başına duptatın seçsin, çörəyin qazansın. Nəyşinizə qalıf sizin bu millətin asaflarıyla oynersiz??? Millətin fikri-zikri saxlamısız bu pis-pis şeylərin üstdə. Olmadı ki...
Di salamat qalın bu günlük bu qədər. Yordumsa, asaflarınıza toxundumsa maa qızmayın. Bu hələ harasıdı qağanız qurvan. Hələ mənim solaxay şilləmə çoxları tuş gələjəy.İlk şilləm Günay başıma dəydi, haaaaa.... Qağan qurvan ayıfdı, zənən xeylağısan o avırsızlardan dərs alma, başını sal aşağı avırla-həyayla mahnıvı oxu. Nə qalsa oxumaqdan qalajax ürəyim qurvan, vallah soyunmax havayı şeydi...Soyunanların da sonun görmüşük qağan qurvan, onları elə soyunduruflar ki,hələ də andıra qalmış pal-paltarların tapammırlar.

Allah o gündən saxlasın hamınızı...

“Solaxay” qağa /inform.az

Baxış sayı: 1538