Gündəm, Sosial
07.11.2015 / 12:12

Bakıda “Bayraq yürüşü” keçirilib

Bakıda “Bayraq yürüşü” keçirilib
Yürüş “Azneft” meydanından Dövlət Bayrağı Meydanınadək davam edib.

Bu gün Bakıda Təhsil Nazirliyi 9 noyabr - Dövlət Bayrağı günü ilə əlaqədar “Bayraq yürüşü” keçirib.
Azərbaycan Respublikası dövlət himninin səsləndirilməsi ilə başlayan “Bayraq yürüşü” “Azneft” meydanından Dövlət Bayrağı Meydanınadək davam edib.
Yürüşdə təhsil nazirinin müavini Ceyhun Bayramov, deputatlar, ali məktəb rektorları, çoxsaylı tələbə və şagirdlər iştirak edib.

İnform.az

Baxış sayı: 527