Araşdırma, Şərhlər
07.11.2015 / 11:45

Erməni həkimin doğum evlərində qırx beş il gizli sürən terroru

Erməni həkimin doğum evlərində qırx beş il gizli sürən terroru
Cəlaləddin QASIMOV
yazıçı-publisist

( I –II hissə)

Körpə qatili!
Bəli, bu, adıyaman “status” kim(lər)ə yaraşarsa, söhbət də məhz on(lar)dan gedir – erməni xüsusi xidmət orqanının göştərişi ilə Azərbaycanda (sovet dövründə) doğum evində həyata keçirilən aktlar və onu həyata keçirənlərdən... Erməni terrorçularından biri uzun illər Azərbaycanın müxtəlif yerlərində, o cümlədən Tovuz rayon mərkəzində belə bir “baş rol”u ifa edib...
Yazdıqlarımı oxuduqca təəccüblənməyin, bu o adamlardır ki, bizləri-türkləri diri-diri divara mıxlayıblar, diri-diri alovda yandırıblar, diri-diri torpağa basdırıblar, hamilə qadınlarımızın diri-diri qarınlarını yarıb, körpəsini çıxarıb ölü ananın döşünə bağlayıblar...Sakitcə oxuyun və düşünün-bu namussuzları baqışlamağa haqqımız varmı?

“Mən türklərdən qisasımızı aldım. Çoxlu sayda oğlan usağı öldürdüm”


...Uzun illərdir ki, üzümüzə gülə-gülə, necə hiylələrlə etibar qazanaraq, süfrəmizin başında oturtduğumuz, bəzən boğazımızdan belə kəsib yedirtdiyimiz həmin ermənilər necə evlər yıxıb, ailələr dağıdıb, gözləri yaşlı qoyublar...

İnsan olan da bu qədər qəddar, qansız olarmı!?
Körpə qatili!
Yüzlərlə yeni doğulmuş Azərbaycan uşağını, göbəyinə zəhərli maddə sürtərək “sepsis” adı altında qətlə yetirirlərmiş! Uşaqlar doğulduqdan sonra cəmi bir ay yaşayırmışlar. Bəli, ermənilər Azərbaycanın əksər rayonlarında bu amansız terroru həyata keçiriblər. Biz ancaq birini ifşa etdik, o da bizə çox baha başa gəldi. O dovrdə ermənilərə qarşi hətta bir haqlı söz söyləyən belə, az qala “vətən xaini” olurdu...

1941-ci ildə almanlar Azərbaycandan sürgün edildikdən sonra erməni xüsusi xidmət orqanı öz çirkin terror aktlarını həyata keçirmək üçün alman evlərinin bir çoxuna erməniləri yerləşdirirlər. Bu terrorçulardan biri, nə az, nə çox düz 45 il müxtəlif ərazilərdə, o cümlədən Tovuz rayonunda yerləşən doğum evində tibb bacısı işləmiş Tamara Adamova – əslində isə, soyadı Adamyan olan bir erməni qadın olub. 1990-cı ildə o, İrəvana köçəndə bu szöləri deyib: “Mən türklərdən qisasımızı aldım. Çoxlu sayda oğlan usağı öldürdüm. Ermənistanın xüsusi xidmət orqanının verdiyi tapşırığı yerinə yetirdim. İndi mənə “Ermənistanın milli qəhramanı” fəxri adı verilməlidir”.

Məlumat üçün qeyd edim ki, Tamara Adamyan 17 yaşında Qazax rayonundakı Tibb Texnikumunu bitirib. Oradan isə Tovuz rayon mərkəzindəki doğum evinə göndərilib. 1945-ci ildən 1990-cı ilədək tibb bacısı işləyib. Sonralar həyat yoldaşı rayondakı avtomobil bazasında, daha sonra isə oğlu doğum evində çilingər kimi fəaliyyət göstəriblər.

O vaxtkı statistikaya baxsaq, görərik ki, təzəcə dünyaya göz açan uşaqların əksəriyyəti göbək xəstəliyindən ölüb. Qəribəsi, daha acınacaqlısı və müəmmalısı odur ki, təkcə oğlan uşaqlarını bu xəstəliyin pəncəsindən qurtarmaq mümkün olmayıb. Niyə məhz oğlan uşaqlarını və niyə məhz Azərbaycan-türk balalarını, Tovuzda məskunlaşmış ermənilərin uşaqlarını yox?!

Bu “xəstəlik” Azərbaycanın bir çox rayonlarında baş verirdi, harda ki, erməni millətindən olan həkimlər və ya tibb bacıları işləyirdi... Bu xəstəliyi o dovrdə Tovuzda pambıqçılıqla bağlayırdılar... Əhalinin bir hissəsi pambıq tarlalarında işləyirdi. O tarlalar ki, orada texniki dərmanlardan çox istifadə olunurdu. Hətta uşaqlara, qadınlara baxmadan bu iş yerinə yetirirlirdi. Nəhayət 1956-cı ildə Nazirlər Kabinetinin qərarı ilə rayon ərazisində pambıqçılıq ləğv edilərək, üzümçülüyə keçirildi. Amma kimsə bilmədir kənd təsərrüfatında təmaül dəyişsə də, doğum evində terrorçu erməni qadın işləyir və o öz işindədir...

Faktlar düşmənin ata biləcəyi addımları gizlədə bilmə sirləri açıldıqca, neçə-neçə belə məsələlərin üzə çıxacağına əsas verir.

Məncə, ermənilərin çirkin və maskalı üzlərinə (üzsüzlüklərinə) həqiqəti çırpmalı, onlara haqq etdikləri sözləri söyləməli, layiq olduqları hərəkətləri etməliyik!

Çalışmaq lazımdır ki, keçmişdə babalarmızın, bugünsə bizim buraxdığımız səhvləri gənc nəsil buraxmasın...

II hissə


“Erməniləri ABŞ kəşfiyyat idarəsi maliyyələşdirirdi”


Şübhəsiz ki, bu danışdığım haqdisə Ermənistanın xüsusi xidmət orqanının Sovet hakimiyyətinin necə deyərlər, vuran-tutan, asıb-kəsən bir vaxtında baş verib. Apardığım müxtəlif araşdırmalarla bağlı, müxtəlif mətbuat səhifələrində, internet saytlarında ara-sıra məlumat vermisəm və bu barədə bir roman da yazmişam. Mən bu mövcud, gizli qalan məsələləri araşdırmaqla, bir daha gənclərimizin diqqətini mənfur düşmənlərimizə qarşı hər zaman həssas olmalarına cəlb etməyi özümə borc bilirəm.
Onu da qeyd edim ki, bu haqda ilk dəfə deyil yazıram. Yazılarım hər zaman həyəcanla, baş verənlərə təəssüf hissiylə qarşılanıb. İnternet saytlarında yayınlanan məqalələrimdən sonra oxuculardan çoxlu telefon zəngləri almışam. Hətta elə vaxt olub ki, vətəndaşlarımız ermənilərin ölkəmizin müxtəlif yerlərində apardığı bu, ağlasığmaz vəhşilikdən bəhs etmək, bildiklərini, eşitdiklərini söyləmək üçün mənimlə görüşmək istədiklərini bildiriblər. Apardığım araşdırmalar zamanı uşaq ölümüylə bağlı çoxlu dəhşətli faktlarla üzləşdim. Onlardan bir neçəsiylə sizi də tanış edəcəyəm.
Tamara Adamova haqda məqaləmın I hissəsində qısaca məlumat vermişdim. Əlavə olaraq bildirim ki, o, erməni xüsusi xidmət orqanının tapşırığıyla hərəkət edirmiş. Həm terror fəaliyyətinin miqyasının geniş olması, həm dəm də gördüyü əməllərin izinin itirilməsi baxımından, guya qərb ərazilərində doğum üzrə mütəxəssis çatışmazlığı pərdəsi altında ətraf rayonlara göndərilirmiş. Bu adla müxtəlif illərdə bəzi rayonlarda, o cümlədən Xanlar (indiki Göygöl) rayonunda doğum evində və eyni zamanda mərkəzi xəstəxananın uşaq şöbəsində isləyib. Bütün hallarda öz çirkin əməllərini yerinə yetirməyi “ustalıqla” bacarıb. Aldığım məlumatlarda o da bildirilir ki, insanlar arasinda hörmətdən daha çox kin, etiraz qazanıb. Haqqında çoxlu faklar var, gələcəkdə yeri gəldikcə bu haqda silsilə məqalələr yazacağam.
Texminən 1973-cü ildə uşaq qatili erməni tibb bacısı Tamara Adamova yeni anadan olmuş uşağın göbəyinə zəhərli maddə sürtərkən Əsmər Orucova adlı bir azərbaycanlı həkim onu hadisə başında yaxalayır. O, tibb bacısı ilə əlbəyaxa olur. Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları gəlir. Bir az keçməmiş rayonun polis rəisi görünür. O, araşdırma işinə şəxsən özü rəhbərlik edir. Məsələni rayon partiya təşkilatı səviyyəsinə tədqiq etdirir. Nəticədə Ə. Orucovaya inanmayaraq onu işdən azad edirlər. Hələ bu az imiş kimi, ona az qala “vətən xaini” damğası vurmağa çalışırlar... İşdən çıxararkən bildiriblər ki, guya o, millətlər arasinda nifaq salmaqla məşğuldur. Hətta bir də heç yerdə heç vaxt belə işlərdə iştirak etməməsini, olanları isə bir də heç yerdə danışmamasını tapşırırlar. Əgər belə hal təkrarlanarsa, sorğu-sualsız həbs olunacağı ilə hədələyirlər.

Əsmər Orucova gözüylə gödüklərini sübuta yetirə bilmir. Çünki ona heç bir vəclə inanmırlar. Qadın və ana olan bir insanın körpə uşaqlara qarşı belə fikrə necə düşdüyünə, onları bələkdəcə boğduğuna kimsə inanmır. Odur ki, Əsmərə, onun yalan danışdığını söyləməklə ciddi xəbərdarlıq edirlər. Bunula kifayətlənməyərək yerli sahə müvəkkilinə onu nəzarətdə saxlamaq tapşırılır. Hətta atası Əli kişini çağıraraq, tapşırırlar ki, sözü gedən məsələlər haqda qızı bir daha bir kəlmə belə danışmasın.

Lakin bir müddət keçdikdən sonra indiki Ermənistan ərazisində yaşayan soydaşlarımız öz dədə-baba torpaqlarından qovulurlar. Milli ədavətin qızışdığı vaxtlarda- 1990-cı ildə Tovuz rayonunda yaşayan ermənilər, o cümlədən Tamara Adamova da Azərbaycanı tərk edir. Həmin vaxt qonşuları onu sərhədə qədər ötürür. Tamara Qalakəndə - ermənilərlə sərhədə çatarkən erməni əsgərlərinin yanında, ona hörmət edən, qayğı göstərən Azərbaycanlılara deyir: “Bizi – erməniləri qovanlara söyləyin ki, mən onsuz da gərək olanı elədim. Ermənilərin qisasını aldım. Əsmər kimiləri olmasaydı hələ çox canlar alacaqdım...”

Məlumat üçün bildirim ki, Əsmər Əli qızı Orucova 1936-cı ildə Tovuzda doğulub. 1973-cü ildə mövcud hadisəylə bağlı işdən qovulan, hətta az qala “vətən xaini” adlanacaq Ə. Orucova 1990-cı ilin axırlarında Tovuz r xestaxanasinin bas həkimi Knyaz (təəssüf ki, soyadın unutmuşam) tərəfindən yenidən vəzifəsinə bərpa olunur. O 1995-ci ildə vəfat edib.

Hərdən düşünürəm ki, doğrudanmı biz bu qədər sadəlövh bir xalq olmuşuq? Ağzımızın tikəsini belə böldüyümüz ermənilər isə altdan-altdan iş görərək, övladlarımıza qarşı amansız şəkildə terror hadisələri törədiblər.

Məni dəhşətə gətirən bir də odur ki, bu amansız qətllər hələ Sovet hakimiyyətinin necə deyərlər, vuran-tutan, asıb-kəsən bir vaxtında baş verib. Apardığım araşdırmalar göstərdi ki, bu hadisələr eyni ssenari üzrə Şamaxıda, Sumqayıtda və s yerlərdə həyata keçirilib. Qarabağ ərazisində topladığım məlumatlar daha çoxdur.

Bu yaxınlarda Apa TV-nin efirindən eşitdim: “Erməniləri ABŞ kəşfiyyat idarəsi maliyyələşdirirdi”. Verlisin qonagları Akif Nagı və tədqiqatcı-jurnalist Zaur Mirzəli idi. Onların, erməni həkimlərinin Dagliq Qarabağda yerləşən xəstəxanalarda törətdiyi terror hadisələriylə bağlı məlumatları dinlədim. Yeri gəlmişkən onu da qeyd edim ki, bu məlumatların bəzilərini ilk olaraq mən əldə etsəm də, Z. Mirzəli bunu faktlar və dəlillərlə sübuta yetirdiyini vurğuladı.
Laçın xəstəxanasının doğum şöbəsində çalışan Anna yenicə doğulmuş körpələrin göbəyinə bir qəpiklik sikkə qoyub bağlayırmış və az müddətdən sonra uşaq ölürmüş. O, müxtəlif vaxtlarda bu yolla yüzə yaxın oğlan uşağı öldürə bilib.

Qara Qışlaq kənd sakini Ələsgər müəllim də Laçın rayon xəstəxanasının doğum şöbəsində ermənilər müxtəlif yollarla, anadan olan oğlan uşaqlarını öldürürdüklərini bildirib.

Xankəndindəki xəstəxanada Edik Adamyana deyirlər ki, niyə mitinqdə iştirak etmir. O isə cavabında bilidirir ki, siz mən öldürdüyüm türklərin bir faizini öldürün, sonra gəlib, niyə mitinqə getmədiyimi soruşarsız. Adamyan cərrahiyə əməliyyatı etdiyi türk əsilli vətəndaşlar bir neçə aydan sonra ölürmüşlər. Hətta o vaxt Daşlı kəndində yaşayan Abbas kişi Adamyanı səriştəsizlikdə qınayaraq, onun haqqında “Kirpi” jurnalına yazı da göndərir.

1985-ci ildə Xankəndi mərkəzi xəstəxanasında yatan Əhmədova Südabə Tahir qızının təzəcə doğulmuş uşağı öldürülür. İş başında Manus və başqa erməni həkimlər olur. Uşağı öldükdən sonra qadının halı pisləşməyə başlayır. Onu ağır vəziyyətdə təyyarə ilə Bakı şəhərinə gətirirlər. Xəstə o vaxtkı Mirqasımov adına xəstəxanaya yerləşdirilir. Müainə zamanı qadının yarılmış qarın nahiyəsində tibb əməliyyat qayçısı aşkarlanır. Qayçı çıxarılır. Həkimlər xəstənin qanının zəhərləndiyini müəyyən edirlər. Aydın olur ki, erməni həkimlər - əslində qatillər - tərkibi bilinməyən zəhərli iynədən istifadə ediblər. Həkimlərimizin səyi nəticəsində xəstənin qanı yuyulur, bir müddətdən sonra sağalır və hətta ona gələcəkdə yenə uşaq dünyaya gətirə biləcəyi söylənilir.

Davamı olacaq...

Baxış sayı: 4543