Hüquq
07.07.2015 / 15:13

Suriyada döyüşənlər həbs edilib

Suriyada döyüşənlər həbs edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Sənan Baxışov, Ruslan Cəfərov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov, Maarif Mərdanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Verilən məlumata görə, prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən şəxslərdən E. Quliyev və M. Məmmədəliyevin hər birinin 14 il, digərlərinin isı hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Proses davam etdiriləcək.

Qeyd edək ki, Suriya">Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən 26 nəfər saxlanılıb.

Onların cinayət işləri ayrı-ayrılıqda qrup şəklində icraata verilib.
İnform.az

Baxış sayı: 367