Dünya
07.11.2015 / 03:32

Mətbuat katibinin məsuliyyətsizliyi

Mətbuat katibinin məsuliyyətsizliyi İsrail Baş naziri Benyamin Netanyahunun yeni mətbuat katibi Ran Baratz ABŞ Prezidenti Barak Obamanı antisemitizmdə günahlandırıb.

İnform.az Avropa mətuatına istinadən xəbər verir ki, şəxsi Feysbuk hesabında ABŞ siyasətini tənqid edən Baratz İsrail Prezidenti Reuven Rivlinin də öldürüləcək qədər əhəmiyyətli olmadığını iddia edib. O, Dövlət katibi Con Kerrininsə 12 yaşlı uşaq ağlında olduğunu deyib.

Məlumata görə, katib qalmaqallı şərhindən sonra Baş nazir Benyamin Netanyahuya zəng edərək üzr istəyib.

Netanyahu da mətbuata açıqlama verərək Baratzın paylaşımlarını “yaraşıqsız” adlanıdırıb. Bu sözlərin hökumətin siyasətini dəyişdirməyəcəyini yazan baş nazir Baratzın işdən çıxarılmayacağını deyib.

Digər tərəfdən Ağ Ev də Baratzın yazdıqlarına münasibət bildirib. Vaşinqton rəsmisi Coş Ernest İsrail rəsmisinin üzrünü məmnuniyyətlə qarşıladıqlarını, bu şərhlərin iki ölkə arasında gərginliyə səbəb olmayacağını deyib.

Baxış sayı: 218