İdman
06.11.2015 / 22:11

Tennis üzrə Azərbaycan kuboku uğrunda yarışlar başa çatıb

Tennis üzrə Azərbaycan kuboku uğrunda yarışlar başa çatıb Noyabrın 6-da “Şüa” İdman-Sağlamlıq Kompleksində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) birgə təşkilatçılığı ilə gənclər və yeniyetmələr arasında stolüstü tennis üzrə Azərbaycan kuboku uğrunda yarışlara yekun vurulub.

İnform.az xəbər verir ki, ASTF-dən AZƏRTAC-a bildiriblər ki, turnirin bağlanışında çıxış edən Federasiyanın vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmanın inkişafına böyük diqqət və qayğı göstərildiyini, beynəlxalq standartlara cavab verən idman və sağlamlıq infrastrukturunun yaradıldığını, Azərbaycanın ən nüfuzlu idman tədbirlərinin keçirildiyi məkana çevrildiyini qeyd edib. F.Məmmədov son illər idmanın stolüstü tennisin növünün inkişafı, keçirilən turnirlər, idmançılarımızın qazandığı uğurlar barədə məlumat verib, gənclər və yeniyetmələr arasında stolüstü tennis üzrə Azərbaycan kuboku yarışlarının iştirakçılarını təbrik edib.

Yarışda Bakının Tennis İdman Məktəbi, “Lokomotiv” idman-sağlamlıq mərkəzi, “Neftçi" İdman Klubu, “Təhsil” İdman Mərkəzi, “Qarabağ- NN stolüstü tennis idman klubu” və eləcə də Sumqayıt, Balakən, Salyan, Şəki, Şirvan, Şabran, Gədəbəy və Gəncə şəhərlərinin komandaları mübarizə aparıb. Turnir həm şəxsi, həm də komanda formatında beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilib.

Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, Stolüstü Tennis Federasiyasının kubok və mükafatları təqdim olunub. Onlar 2016-cı ilin iyulunda Zaqrebdə keçiriləcək gənclər arasında Avropa çempionatında yığma komandanın tərkibinə daxil ediləcək.

Baxış sayı: 302