Dünya
07.07.2015 / 15:00

Əfqanıstandan İŞİD-ə ağır zərbə

Əfqanıstandan İŞİD-ə ağır zərbə

Əfqanıstanın qərbində yerləşən Nanqahar şəhərində keçirilən hərbi əməliyyat nəticəsində 49 İŞİD silahlısı öldürülüb. "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Nanqahar valiliyinin sözçüsü Əhməd Ziya Əbdülzay bildirib.
Onun sözlərinə görə, ABŞ-ın Pilotsuz Uçan Aparatının iki həmləsi nəticəsində 49 silahlı öldürülüb: "Hücum silahlıların toplantı keçirmək üçün bir araya gəldiyi yerə edilib. Birinci hücum nəticəsində 12 silahlı, ikinci də isə 37 terrorçu zərərsizləşdirilib".
İnform.az

Baxış sayı: 267