Baş xəbər, Mədəniyyət
06.11.2015 / 16:54

Pikassonun əsəri 67 milyon dollara satılıb (foto)

Pikassonun əsəri 67 milyon dollara satılıb
Nyu-Yorkda Sotheby’s hərracında rəssam Pablo Pikassonun əsəri 67 milyon dollara satılıb.
İnform.az xarici mətbuataistinadən xəbər verir ki, İspaniyalı rəssam “Müğənni Kabare” (La Gommeuse) adlı əsərini 1901-ci ildə 19 yaşında çəkib. Qadın əks olunan portretin ilkin qiyməti 60 milyon dollar olub.
Hərracda Niderland rəssamı Vinsent van Qoqun rəsmi isə 54 milyon dollara satılıb. “Yağış buludları ilə peyzaj” adlı əsərdə Fransanın cənub-şərqində təbiət mənzərəsi əks olunub. Bu rəsmi o, 1888-ci ildə çəkib.

Pikassonun əsəri 67 milyon dollara satılıb

Baxış sayı: 551