İqtisadiyyat
06.11.2015 / 16:22

Aydın Əliyev səfirlə görüşdü

Aydın Əliyev səfirlə görüşdüNoyabrın 6-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev İsveçrə Konfederasiyasının Azərbaycana yeni təyin olunmuş səfiri Filip Stalderi qəbul edib. Komitənin mətbuat xidmətindən verilən xəbərə görə, qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycanla İsveçrə arasında təşəkkül tapmış qarşılıqlı, faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edib, əlaqələrin gələcəkdə daha da intensivləşəcəyinə ümidvar olduğunu bildirib.

DGK sədri Aydın Əliyev iki ölkə arasında bütün sahələrdə əməkdaşlıqdan razılıqla söhbət açıb, xüsusilə bu əlaqələrin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirmiş, hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərindən, gələcək perspektivlərdən bəhs edib, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

Azərbaycan Gömrük Xidməti və İsveçrə Federal Gömrük İdarəsi arasında ötən il imzalanan Gömrük işi sahəsində əməkdaşlıq üzrə Protokolun müddəalarına uyğun olaraq isveçrəli mütəxəssislərin iştirakı ilə keçirilmiş təlimləri müsbət qiymətləndirən DGK sədri qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Bakı şəhərində yerləşən Avropa Regional Ofisinə isveçrəli mütəxəssis-Roger Hermanın rəhbərlik etməsini böyük məmnunluq hissi ilə dilə gətirən isveçrəli diplomat iki ölkənin uyğun qurumları arasında əlaqələrin gələcək perspektivlərindən də bəhs edib.

Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

İnform.az

Baxış sayı: 375