Gündəm, Siyasət
06.11.2015 / 16:04

Azərbaycan prezidenti Gürcüstanın baş naziri ilə görüşüb

Azərbaycan prezidenti Gürcüstanın baş naziri ilə görüşüb

Bu gün Tiflisdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə Azərbaycan prezidenti İlham Əliyev arasında görüş keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və əməkdaşlıq məsələləri, birgə həyata keçirilən iqtisadi və enerji layihələri müzakirə olunub. Hər iki tərəf əməkdaşlığın daha da möhkəmləndiriləcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə investisiya məsələlərində əməkdaşlığa da diqqət yönəldilib.
Gürcüstanın baş naziri Azərbaycanın dövlət başçısını parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qələbəsi münasibətilə təbrik edib, Azərbaycan xalqına sülh, sabitlik və rifah arzulayıb.

İnform.az

Baxış sayı: 309