Mədəniyyət
06.11.2015 / 12:20

“AMEA 70 illik yubileyə yüksək səviyyədə hazırlaşır”

“AMEA 70 illik yubileyə yüksək səviyyədə hazırlaşır”“Dünən Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi ərəfəsində 100-ə qədər alimi dövlət mükafatları ilə təltif olunub. Buna görə də bütün kollektiv adından dövlət başçısı İlham Əliyevə təşəkkür edirik. Bu diqqət və qayğı bizə imkan verir ki, gələcəkdə də ardıcıl islahatlarımızı uğurlu şəkildə davam edək”. “Report” xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
Akademiyanın yubileyinə hazırlıq işləri haqqında məlumat verən A. Əlizadə bildirib ki, sənədli filmlər hazırlanıb, nəşrlər çap olunub, eləcə də bir sıra vacib layihələr həyata keçirilib: “Bir sözlə, AMEA yubileyə yüksək səviyyədə hazırlaşır”.
O, dəqiq tarix açıqlamasa da, yubileyin yaxın günlərdə keçiriləcəyini deyib.

İnform.az

Baxış sayı: 314