Baş xəbər, Sosial
06.11.2015 / 12:10

Bu məktəbin şagirdləri işıqlı, rahat məktəbdə oxumaq istəyir

Bu məktəbin şagirdləri işıqlı, rahat məktəbdə oxumaq  istəyirNeftçalanın iki kənd məktəbindən söz açmaq istəyirik. Xəzərkənd və Mürsəqulu kənd tam orta məktəbləri. Rayonun eyni ərazisində olan bu təhsil müəssisələri bir-birindən 5-6 kilometr aralıda yerləşir. Amma Mürsəqulu məktəbinin şagirdləri Xəzərkənd məktəbinin şagirdlərinə düz iki ildir ki, sözün yaxşı mənasında həsəd aparırlar. Niyəsini yazını oxumağa davam etsəniz, biləcəksiniz.
İki mərtəbədən ibarət olan Xəzərkənd kənd tam orta məktəbi düz iki il bundan əvvəl tikilərək şagirdlərin ixtiyarına verilib. Payız-qış aylarında leysan yağışlar, güclü qar yağsa belə, bu nə şagirdləri, nə də müəllimləri qəti narahat etmir. Rahatca səliqəli, işıqlı sinif otaqlarında arın-arxayın həvəslə dərs keçir, hər cür avadanlıqla təmin olunmuş idman zalında məşq edir, tənəffüs vaxtı isə bufetdə isti çay içib nəfəslərini dərirlər. İstilik sarıdan da nə dərdləri var, nə də qəmləri.
Qaranlıq sinif otaqları, dağılmış idman zalı, dəlmə-deşik tavanlar, beton üzərinə linonium vurulmuş döşəmələr: Mürsəqulu kənd tam orta məktəbinin şagirdləri isə belə bir şəraitdə dərs keçir. Məktəbin binası nə az, nə çox, düz 25 il bundan əvvəl inşa edilib. Hələ bu azmış kimi ötən qışda qar yağan zaman məktəbin dam örtüyü də çöküb. Daxili imkanlar hesabına dam örtüyü birtəhər yenisi ilə əvəz olunsa da, yararsız vəziyyətdə olan məktəbin yaraları bununla sağalmır. Mürsəqulu kənd məktəbinin şagirdləri deyir ki, onlar da Xəzərkənd məktəbi kimi hər cür şəraiti olan yeni təhsil ocağında dərs keçmək arzusundadırlar. Istəyirlər ki, məktəbləri ikimərtəbəli, səliqəli olsun, sinif otaqları da isti.
Mürsəqulu kənd tam orta məktəbin direktoru Çingiz Əsgərov da rəhbərlik etdiyi təhsil müəssisəsinin uyğunlaşdırılmış binada yerləşdiyini, tədris üçün yararsız olduğunu , bunun da şagirdlərin dərsə davamiyyətinə, təhsilin keyfiyyətinə mənfi təsir etdiyini deyir. Amma buna baxmayaraq direktor nikbin danışır: “ Yeni binaya ehtiyacımız var. Buna görə də təhsil müəssisəsi üçün yeni binanın tikilməsi “Regionların sosial-iqtisadi inkişafı 2014-2018-ci il Dövlət Proqramı” na salınıb. Bu müddət ərzində yeni məktəb binasının inşası nəzərdə tutulub.

Pərvanə Nəhmətqızı / İnform.az

Bu məktəbin şagirdləri işıqlı, rahat məktəbdə oxumaq  istəyir Bu məktəbin şagirdləri işıqlı, rahat məktəbdə oxumaq  istəyir

Baxış sayı: 572