Baş xəbər, Maraqlı, Araşdırma
06.11.2015 / 11:49

Stalinin yaratdığı dünya -“Qara zon”…

Stalinin yaratdığı dünya -“Qara zon”… Qanuni oğrular - Tarix və qaydalar

Qanuni oğru anlayışı XX əsrin 30-cu illərində yaranmış, dünyada analoqu olmayan, öz gizliliyi ilə seçilən və özünəməxsus kodeksləri olan kriminal aləmdir. Qanuni oğrular yalnız SSRİ (sonradan MDB) ölkələri üçün xarakterikdir. “Oğru” sözünü ədəbi dildə hər hansı bir əşyanı oğurlayan insan kimi yox, kriminal dildə yalnız qanuni oğru mənasında işlədirlər. Qanuni oğrular kriminal dünyanın elit təbəqəsi sayılır və bütün adət-ənənələrin qoruyucusu hesab olunur.

Tarixi:

Qanuni oğruların meydana gəlməsi 1930-cu illərə təsadüf edir. O zamanlar əks-siyasi fikirlərə sahib olan insanlara ciddi müqavimət göstərilməsi və cinayətkarlığa qarşı geniş mübarizə hakimiyyətə tabe olmayan kriminal dünyanın yaranmasına səbəb və bu kriminal dünyanın “elita”sı isə qanuni oğrular oldular.
Qanuni oğrular ümumi kriminal kodekslər, adət-ənənələr və qadınla daimi münasibətdə, eləcə də heç bir dövlət məmuru ilə əlaqələrin olmaması kimi qaydaları birləşdirirdi.
1940-cı illərdə bu qaydalar kriminal dünyanın parçalanmasına səbəb oldu. Böyük Vətən müharibəsi zamanı bəzi qanuni oğrular Vətənlərini qorumaq üçün Qızıl Orduya qoşuldular. Qələbədən sonra, Vətənlərinə qayıdan bu qanuni oğrularla, qaydalara riayət edərək orduda xidmət etməyən qanuni oğrular arasında “müharibə” başladı.
1979-cu ildə Kislovodskda görüş (sxodka) keçirildi. Bu görüşün nəticəsində müharibədə iştirak edən oğrular, digər qanuni oğruları öz təhlükəsizlikləri üçün gəlirlərinin 10%-ni verməli idilər.
Kriminal dünyaya daxil olmaq istəyən oğru mütləq bu dünyanın qaydalarına əməl edəcəyi, adət-ənənələrini qoruyacağına söz verməli idi.
Qanuni oğruların qaydaları:
Qanuni oğruların günahlandırılması və ya təriflənməsi “sxodka” zamanı baş tutur. Oğru oğrunu gühanlandıra bilməz, o mütləq “sxodka” çağırmalı və ona səhvini deməlidir. “Sxodka” üçün rəsmi mərasimlər: toy, dəfn mərasimi əla yer ola bilər. “Sxodka”lar türmədə də təşkil olunur. “Sxodka”lar zamanı gələcək kriminal planlar, bəzi oğruların taleyi, kimin nə günahı olduğu, kimin tərifə layiq olduğu müzakirə olunur. Hər bir oğru bərabər hüquqa və bərabər səsə malikdir. Əgər qırx il əvvəl hər bir oğru “sxodka” təşkil edə bilirdisə, indi bu bir neçə nəfərdən ibarət qrup tərəfindən təşkil olunmalıdır. Müzakirə olunacaq mövzulardan asılı olaraq iki cür “sxodka” mövcuddur: yerli və kənar. Oğrunu ölümlə yalnız kənar “sxodka” cəzalandıra bilər. Oğru adının alınması isə yerli “sxodka” vaxtı da mümkündür. Günahlandırılan oğru üç cür cəzaya layiq görülə bilər.

Qanuni oğrunun cəzalandırlıması:

1) Sillə. Bu cəzanı təhqirə görə verirlər. Sillə bütün oğrular qarşısında vurulur. Gühanlandırılan oğru sillə vurana cavab qaytara bilməz. Bu cəza oğrunun avtoritetinə təsir göstərir.
2) Qulağa zərbə. Oğrudan şikayət mərasimidir. Oğru yalan, aldadılma və qanunların pozulmasına görə cəzalandırılır. Oğru kriminal dünyadan uzaqlaşdırılır və bundan sonra həyatda tək mübarizə aparmalı olur.
3) Ölüm. Bu cəza yalnız satqınlıq zamanı verilir. Satqın polislə əlaqəyə girən, öz dostlarını satan və ya ümumiyyətlə bu işdən çıxan adam hesab olunur.
Qanuni oğrunun öz “işi”ni tərk etməsi yalnız ciddi səhiyyə problemləri olduğu zaman mümkündür. Onun səhhətindəki problemlərin nə qədər ciddi olub-olmadığını isə digər oğrular müəyyən edir. Yəni istər-istəməz onun taleyi digərlərindən asılıdır, əks halda o satqın sayılacaq. Qanuni oğru “sxodka”ya gedən zaman mütləq özünü haqlı çıxarmaq üçün faktlar toplamalıdır.
Əgər oğrunun gühanı təsdiq olunarsa, “bratva” cəza yolunu seçir. Ən asan cəza kimi ölümlə sakit barışmaq hesab olunur. Oğruya bir güllə verilir və oğrunun digər çıxış yolu olmur. Belə ölüm- bəxt hesab olunur.
Əgər günahlandırılan şəxs görüşə gəlmirsə, onda oğrular arasında özlərinin “cəlladı” olur. O, gühanlandırılan şəxs üçün “bədbəxt hadisə” təşkil edir. Sonradan onun ölüm səbəbi kimi avtomobil qəzası, oddan təhlükləli istifadə kimi səbəblər göstərilir. “Sxodka” xüsusi qəddarlıq ilə də ölüm cəzasını tətbiq edə bilər, cəza oğrunun günahından asılıdır.
30-cu illərdə oğruların betonlaşdırılma ilə öldürülməsi geniş hal almışdı. Cəzalını tazın içinə qoyur və üstünə beton tökürdülər. Bir dəfə “sxodka”ya gəlməyən oğrunu “cəllad” qatarda tutaraq gözlərini, qulaqlarını və dilini çıxarmışdı.
Son zamanlar yeni cəza növü yaranıb- pul cəzası. Satmısan, onda pul ödə. Pulun miqdarını isə digər oğrular, cəzanın böyüklüyündən asılı olaraq təyin edirlər. Bəzən məbləğ milyon dollara qədər gəlib çatır.
Qabaqlar qanuni oğrunu yalnız digər qanuni oğru öldürə bilərdi. İndi qaydalar müəyyən qədər dəyişib. Oğrular daha çox başqalarının əli ilə bu işi yerinə yetirməyə üstünlük verirlər. Onlar qıraqdan tutulan killer vasitəsi ilə digər oğrunu o dünyaya yola salırlar. Bəzən bir oğrunu öldürmək üçün bir neçə killerə və külli miqdarda silah-sursata ehtiyac olur.

Stalinin yaratdığı dünya -“Qara zon”…

Oğru qanunları

1. Oğru qanunlarının dəstəklənməsi və ona sadiqlik;
2. Hüquq-mühafizə orqanları ilə hər hansı bir əlaqənin qurulmasına yol verməmək;
3. Bir-birinə münasibətdə düz olmaq;
4. Öz sıralarına yeni üzvləri, xüsusilə gəncləri cəlb etmək;
5. Siyasi fəaliyyətlə məşğul olmamaq;
6. Kart oynamağı mütləq bacarmaq.

Oğruların tacqoyma mərasimi:

Tac xüsusi bir simvoldur. Bu mərasimdə mütləq “sxodka” zamanı keçirilməlidir. Bəzi oğrular hesab edir ki, bu “sxodka”lar mütləq türmələrdə keçirilməlidir. Pis reputasiyaya malik olan oğru heç vaxt tac qazana bilməz. Tac qaydalara mütləq əməl etməyi və satqınlıq zamanı ölümü qəbul etməli olduğunu simvolizə edir. Bu mərasimdən sonra oğrunun bədəninə qılıncdan keçirilmiş ürək tatusu çəkilir. Bunun mənası isə “xəyanətə görə ölüm” deməkdir. Oğrular səkkizguşəli ulduz, qartal və digər tatuları da bədənlərində çəkə bilərlər. Lakin bunların hamısı tacqoymadan sonra baş verməlidir.

Stalinin yaratdığı dünya -“Qara zon”…

“Qara zon”

Sonralar "oğru" olaraq adlandırılan şəxslərdən əsasən dövlətin qoyduğu qanunları tanımır, daha çox özlərinin tərtib etdikləri "yabanı" qanunlara istinad edir, onlara tapınırdılar. Bu ənənə sonralar daha da kəskinləşdi. Amma ilk yarandığı illərdə Stalin və o dövrün repressiv Rusiyası məhz bu siyasətlə qanunları inkar edən müxalif düşüncəli insanları kəşf edir, sonra isə onlar üçün türmədə daha "rahat" dünya yaradırdı. Həmin "dünya" bu gün də "Qara zon" adlanır. Yəni Stalinin yaratdığı dünya-“Qara zon”…
"Qara zon"lar "mujiklər", "brodyaqalar" və "qanuni oğrular"dan ibarətdir.
El arasında işgüzar adama bu gün də "mujik" deyirlər. Bu yanaşma "zon"larda da eyni qaydada işlədilir. "Mujiklər" demək olar ki, "zon"un bütün ağırlığını çiyinlərində daşıyırlar. Onlar təkliflər verir, söhbətlərdə iştirak edir, hətta hökm belə verirlər. Amma "qanuni oğru"ların məsələyə qarışması ilə onların "vəzifəsi" və sözləri bitir.
"Brodyaqalar" gələcəyin "oğruları" olmaq üçün çalışırlar. Hesab edirlər ki, "oğru" olmaq onların haqqıdır. Lakin bu bütün "brodyaqalar"a qismət olmur. Bunun üçün gərək o, samballı və dillərə dastan həyat yolu keçsin, qoyulmuş bütün oğru qayda-qanunlara əməl etsin. Onun ilk addımı cinayət törətməkdir. Bu cinayət həm də sanballı olmalıdır. Bundan əlavə, heç bir zaman sözün bütün mənalarında qulluq etməmək, partiyalılıq, təşkilat və başqa quruluşlarda olmamaq, ailə və övlad sahibi olmamaq, xarakter və xasiyyət baxımından şəxsiyyətə çevrilmək kimi ağır şərtlər mütləq yerinə yetirilməlidir. Onun üçün həyatı "oğru qanunları"ndan bütün ağır şərtlər altında bu "qanunları" diktə etməlidir.
"Oğrular" ümumi xəzinəyə gələn pullara da nəzarət edir, bu barədə hesabat verməklə yanaşı, bütün "zon"a gələn pulların da haralara xərclənməsini öyrənmək səlahiyyətinə malikdir. Onlar "oğru" adına layiq olanları öz aralarına cəlb etmək, artıq özlərindən söz etdirmiş "brodyaqa"ları nəhəng "oğru" ailəsinə dəvət etmək hüququna da malikdirlər. Bundan başqa, onlar "oğru" adına ləkə gətirmiş şəxslər barəsində də layiqli hökm çıxara bilərlər. Bir həqiqət də ondan ibarətdir ki, vaxtı ilə oğru adını almış birisi üçün necə deyərlər geriyə yol yoxdur: oğrunun titulundan məhrum olunması ölümdən betərdir. Söhbət həm də ondan gedir ki, "qanuni oğru" "oğru qanunlarına" xəyanət etmiş şəxslərə qarşı amansızlıq nümayiş etdirərək onların həyatlarına ibarəli dildə desək, "krest" qoya bilərlər.

Həbsxana qanunları

1. "Obşak"ın payını ayırmaq;
2. Qanuni oğruya əl qaldırmamaq;
3. Böyüklərə hörmət etmək;
4. Valideynlərə hörmət etmək;
5. Satqınlara qarşı barışmaz münasibət nümayiş etdirmək;
6. Sübutsuz ittiham irəli sürülməsinə qadağa qoyulması;
7. Hər hansı bir formada təhqir etməyə qadağa;
8. Söyüşə qadağa.
Bu qanunlara tabe olanların siyasətdən uzaq olması məsələsi də heç də təsadüfi deyil. Stalin istənilən siyasi müxalifətdən qorxduğu üçün, qanunu oğru institutunu yaranmasında maraqlı idi.

İnform.az

Baxış sayı: 1457