Baş xəbər, Din
06.11.2015 / 10:30

Dindarlarla insident - saxlananlar var

Dindarlarla insidentNoyabrın 5-də axşam saatlarında Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımlı Bakıda polis tərəfindən saxlanılıb.

Buna etiraz edən bir qrup Müsəlman Birliyi Hərəkatının fəalları Bakının Sabunçu rayon Polis İdarəsinin qarşısına toplaşıb. Beləliklə, polislə dindarlar arasında insident yaranıb.

Məlumata görə, əraziyə çevik polis alayının əməkdaşları yeridilib. 20-dən çox etirazçı saxlanıb. Etirazçıların bir hissəsi isə ərazidən uzaqlaşdırılıb.

Sabunçu Rayon Polis İdarəsinin qarşısına gedən yolları Dövlət Yol Polisinin əməkdaşları bağlayıb.

Bakı Baş Polis İdarəsinin rəısi Mirqafar Seyidovun əraziyə gəldiyi bildirilir.

Hüquq-mühafizə orqanları baş verənlərlə bağlı hələ şərh verməyib.

İnform.az

Baxış sayı: 432