Dünya
06.11.2015 / 06:03

Belçika vətəndaşlarına xəbərdarlıq edildi

Belçika vətəndaşlarına xəbərdarlıq edildi İnform.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, Rusiyaya məxsus təyyarənin Sina yarımadası üzərində partlamasından sonra Belçika Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Misirin Şərm-əş-Şeyx istirahət mərkəzinə getməmələri haqda xəbərdarlıq edib.

Bu haqda ölkənin xarici işlər naziri Didye Reynders yerli televiziyaların birində çıxışı zamanı bildirib.

"Biz hələ ki, Sinada baş verən faciə ilə bağlı tam təfərrüatlara malik deyilik. Vətəndaşlarımıza məsləhət görərdik ki, Şarm-əş-Şeyxdə bütün təhlükəsizlik tədbirləri alınmadan oraya getməsinlər".

Baxış sayı: 172