Hadisə
06.11.2015 / 01:59

Rumıniyada çörək zavodunda güclü partlayış olub

Rumıniyada çörək zavodunda güclü partlayış olub Rumıniyanın Braşov şəhərində çörək zavodunda baş vermiş partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb.

İnform.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, onlarla insan dağıntılar altında qalıb.

Partlayışdan sonra müəssisədə yanğın başlayıb. Hazırda hadisə yerində yanğınsöndürənlər və tibb briqadaları işləyir.

Partlayışın başvermə səbəbi hələ ki, məlum deyil.

Qeyd edək ki, bundan əvvəl Rumıniyanın paytaxt Buxarestdə gecə klubunda baş vermiş partlayış nəticəsində 30-dan çox insan həyatını itirmişdi.

Baxış sayı: 300