Baş xəbər, Siyasət
05.11.2015 / 16:24

BBC Prezident İlham Əliyevdən yazdı

BBC Prezident İlham Əliyevdən yazdıİnform.az BBC-yə istinadən xəbər verir ki, ölkə başçısı İlham Əliyevin ötən gün səsləndirdiyi bir çox fikirlər dünya mediasının diqqətini çəkib.

İlham Əliyev haqqında məqalə dərc edən xəbər agentliyi, əsas diqqəti ölkə başçısının Azərbaycanın Avropaya inteqrasiyası barəsində səsləndirdiyi fikirlər haqqında olub.

Yazıda qeyd olunur:

Azərbaycan prezidenti: Biz Avropaya inteqrasiya etmək niyyətində deyilik

Avropada hazırda hökm sürən islamafobiya və diskriminasiya fonunda, Azərbaycan Avropaya tez bir zamanda inteqrasiya etmək fikrində deyil- İlham Əliyev.

Prezidentin Azərbaycanın daxili işlərinə Avropanın müdaxilə etməsi barədə çıxışına toxunan BBC, İlham Əliyevin fikirlərini olduğu kimi çatdırıb.

"Bizə heç kim, heç zaman kömək etməyib. Nəyə nail olmuşuqsa, bu öz gücümüz hesabına başa gəlib. Biz heç kimdən kömək istəmirik və bu köməyə də ehtiyacımız yoxdur. Bizim daxili işlərə müdaxilə etmək lazım deyil"- İlham Əliyev.

Yazıda həmçini, Milli Məclisin spikeri Oktay Əsədovun "Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmadığına görə, Qərbin təzyiqlərinə məruz qalıb" fikirləri də qeyd olunub.

Baxış sayı: 245