Şərhlər
05.11.2015 / 15:51

Kişi dediyim insan…

Kişi dediyim insan…
Günel FƏRHADQIZI / İnform.az


Mənim üçün əsl kişi həmişə avtoritet olub, kişi mənim üçün ilk növbədə, atam, qardaşım, uşağımın atasıdır…

Mənim üçün əsl kişi:

- Namus, qeyrət, əxlaq və mənəviyyat qoruyucusudur, ailəsindəki qadınların və uşaqların müdafiəçisidir;

- “Qorxma, səninləyəm” və “kişi olan yerdə özünü niyə oda atırsan” deyən birisidir;

-Başqasının halalına göz qoymayan və qadınına sadiqdir;

-Əsl kişi qadının ən etibarlı siması və ən yaxın dostudur;

-Dinləməyi və anlamağı bacaran və məsləhətləri ilə doğru yolu göstərən mayakdır sanki;

- Elə zəhmli və güclüdür ki, doğmaları özünü təhlükəsizlikdə və əmin-amanlıqda hiss edir, əzizləri haqqında kimsə artıq əskik danışa bilmir, ondan ehtiyat edir;

- Əzizlərindən şikayət etmir, əzizlərini müzakirə etmir, münaqişələrə qoşulmur və qeybətdən qaçır;

-Başqalarının qadınına fahişə gözü ilə baxmır, çünki özünə rəva bilmədiyini başqasına rəva bilmir, bilir və anlayır ki, eyni qaydada kimsə onun xanımına, anasına, bacısına elə gözlə baxa bilər;
Əsl kişi işgüzar olar, qadını qabağa verməz;

Davamı olacaq..

Baxış sayı: 604