Dünya
05.11.2015 / 12:40

Nazir rüşvət alarkən həbs olundu

Nazir rüşvət alarkən həbs olunduMonqolustanın səhiyyə və idman naziri Kanxuyaqin Şileqdamba rüşvət alarkən həbs olunub. Bu barədə ölkənin Milli İnformasiya agentliyi məlumat yayıb. Anti-korrupsiya Xidmətinin əməkdaşları 40 yaşlı naziri rüşvət aldığı əsnada yaxalayıblar.

Məlumata görə, Kanxuyaqin Şileqdamba öz kabinetində 250 min dollar rüşvət alarkən tutulub. Onunla birlikdə köməkçisi və sürücüsü də saxlanılıb.

Şileqdamba bu vəzifədən öncə də fərqli nazirliklərdə çalışıb. Sonuncu dəfə o, ətraf mühiti mühafizə naziri olub.

İnform.az

Baxış sayı: 328