Hadisə
05.11.2015 / 11:20

İtkin düşən balıqçılardan birinin meyiti tapılıb

İtkin düşən balıqçılardan birinin meyiti tapılıb Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapılıb. İnform.az "Report"a istinadən xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq balıqçıların axtarışlarına helikopter cəlb olunub. Axtarışlar zamanı balıqçılardan birinin meyiti tapılıb. Hələlik adı məlum olmayan balıqçı balıq toruna ilişib. Balıqçının meyiti Xaçmazın Niyazabad kəndindən 6 kilometr aralıda tapılıb. Həmçinin axtarışlar zamanı itkin düşən balıqçılara məxsus gödəkcə və batan qayıq sudan çıxarılıb.

Xatırladaq ki, ötən gün səhər saatlarında Xəzər dənizinin Xaçmaz rayonu Niyazabad kəndinə yaxın ərazisində balıqçı qayığı batıb. Havanın küləkli olması səbəbindən batan qayıqda olan üç nəfər - Xaçmaz rayonunun Tikanoba kənd sakinləri Həmzə Nurəddinov, Laçın Laçınov və Uzunoba kənd sakini İlqar Daşdəmirov itkin düşüb.

Baxış sayı: 261