İqtisadiyyat
07.07.2015 / 12:17

26 milyonluq vergi cinayəti

26 milyonluq vergi cinayəti

İnform.az Vergilər Nazirliyi mətbuat xidmətinə istinadən bildirir ki, bu ilin ilk yarısında Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə 998 sayda cinayət işi başlanıb. Bu barədə "Report"a Nazirliyin analitik informasiya şöbəsindən məlumat verilib.

Bu cinayət işlərindən 203-ü vergi ödəməkdən yayınma və 134-ü külli miqdarda gəlir əldə etməklə vergidən yayınma olmaqla qanunsuz sahibkarlıq faktları ilə bağlı səyyar vergi yoxlamalarının nəticələrinə dair, 769-u vergi borcunun ödənilməməsi, 25-i operativ vergi nəzarəti tədbirlərinin nəticələrinə dair vergi orqanlarından daxil olmuş materiallar əsasında, 1-i isə qanunsuz sahibkarlıq faktı ilə bağlı digər hüquq-mühafizə orqanından daxil olmuş materiallar üzrə başlanıb.

Baxış sayı: 464