Mədəniyyət
07.07.2015 / 12:09

Xalq artisti qan ağladı

Xalq artisti qan ağladı

Bu gün xalq artisti, Musiqili Teatrın aparıcı aktrisası Fatma Mahmudova xəstəliyi ilə əlaqədar qızı ilə Nigarla Türkiyəyə yola düşür.

" Bir neçə ay öncə əməliyyat olunmuşam, indi isə müayinəyə gedirəm. Bütün bunların hamısı pul tələb edir, Nigarla gedib-gəlməyim 1400 AZN-ə başa gəlir. Əməliyyatım o qədər baha başa gəldi ki, hələ də onun xərcindən çıxa bilməmişəm. Bankdan pul götürmüşəm, hələ də ödəyə bilmirəm. Heç bir dostum mənə kömək etməyib, yalandan deyə bilmərəm.

Göydə Allah, yerdə tamaşaçıların duaları məni saxlayıb. Maddi imkanım az olduğu üçün bu yay xaricə istirahətə də gedə bilməyəcəyəm. Azərbaycanın gözəl bölgələrində istirahət etməklə kifayətlənəcəyəm", - deyə aktrisa bildirib.

Aysel TALIBQIZI / İnform.az

Xalq artisti qan ağladı

Baxış sayı: 475