Dünya
04.11.2015 / 23:25

Filippin "Əbu Səyaf"a pul ödəməyəcək

Filippin "Əbu Səyaf"a pul ödəməyəcək İnform.az "RİA Novosti" agentliyinə istinadən bildirir ki, Filippin hökuməti "Əbu Səyaf" terror qruplaşmasının oğurlanmış əcnəbi vətəndaşlara tələb etdikləri 85 milyon dolları ödəməyəcəklərini açıqlayıb.

"Biz bu kimi hallarda terrorçularla danışıqlar aparmırıq. Hazırda oğurlanan insanların axtarışları istiqamətində əməliyyatlar davam etdirilir".

Qeyd edək ki, sentyabr ayının ortalarında Filippinin cənubunda yerləşən Samal adasındakı oteldən ikisi Kanada, biri Norveç və biri Filippin vətəndaşı olmaqla, 4 nəfəri oğurlayıb.

Baxış sayı: 221