Siyasət
04.11.2015 / 22:30

Parlament seçkiləri İran mətbuatında

Parlament seçkiləri İran mətbuatında İnform.az "AZƏRTAC"-a istinadən bildirir ki, İran İslam Respublikasının "İRNA" informasiya agentliyinin saytında Azərbaycanda keçirilən parlament seçkiləri haqqında xəbər yerləşdirilib.

Azərbaycan mətbuatına istinadla verilən xəbərində qeyd olunub ki, sabitlik şəraitində keçirilən seçkilərdə hakim Yeni Azərbaycan Partiyası qalib gəlib. Seçici fəallığının müşahidə olunduğu parlament seçkilərində ciddi qanun pozuntusu qeydə alınmayıb. Seçkiləri müşahidə edən beynəlxalq təşkilatların və xarici dövlətlərin nümayəndələri də seçki prosesinin qanun çərçivəsində keçdiyini qeyd ediblər.

İranın “Mehr” xəbər agentliyinin saytında da seçkilər haqqında xəbər dərc olunub. Xəbərdə bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi partiya parlament seçkilərində inamlı qələbə qazanıb.

Baxış sayı: 147