Hadisə
07.07.2015 / 11:49

Rusiyada azərbaycanlılar arasında atışma

Rusiyada azərbaycanlılar arasında atışma

Rusiyanın Saxalin vilayətində azərbaycanlılar arasında silahlı insident baş verib.

İnform.az-ın Rusiya bürosunun məlumatına görə, hadisə iyulun 6-da axşam saatlarında Cənubi Saxalin şəhərinin Lenin küçəsində yerləşən “VTB Bank”ın yaxınlığında baş verib.

30 yaşlı adı açıqlanmayan azərbaycanlı avtomobildə olan 27 yaşlı həmyerlisinə odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. Ayağından güllə yarası alan həmyerlimiz şəhər xəstəxanasına yerləşdirilib.

Baxış sayı: 345