Dünya
04.11.2015 / 19:58

İranda etiraz aksiyası

İranda etiraz aksiyası İranın paytaxtı Tehranda ABŞ və İsrailə qarşı etiraz aksiyası keçirilib.

İnform.az "Axar.az"-a istinadən xəbər verir ki, ABŞ-ın Tehranda yerləşən keçmiş səfirliyinin qarşısında keçirilən aksiyada minlərlə insan iştirak edib.

İran Baş Prokuroru İbrahim Rəisi ABŞ-ın İrana qarşı apardığı təzyiqlərin bu ölkədə gedən müasirləşmə ilə əlaqələndirib.

Aksiyada daha çox sabiq dövlət məmurları iştirak edib. İran Prezidenti Həsən Ruhani hökumətindən isə heç kim aksiyada iştirak etməyib.

Baxış sayı: 379