İqtisadiyyat
07.07.2015 / 11:41

Fransa ilə enerji müzakirəsi

Fransa ilə enerji müzakirəsi

İnform.az Energetika Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Fransanın xarici ticarət, turizmin inkişafı və xaricdəki fransızlarla iş üzrə dövlət katibi Matias Feklin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Energetika Nazirliyində olub. Görüşdə Azərbaycan və Fransa arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Fransa nümayəndə heyətinin rəhbəri M.Fekl Azərbaycanla enerji əməkdaşlığının neft hasilatı, geoloji kəşfiyyat, neft-kimya, qaz sənayesi kimi sahələri əhatə etdiyini deyib. O bildirib ki, hər iki dövlət arasında ticarət dövriyyəsinin 85%-i məhz enerji sektorunun payına düşür

Baxış sayı: 386