Dünya
04.11.2015 / 16:17

Azərbaycanla Gürcüstan arasında bəyannamə imzalanacaq

Azərbaycanla Gürcüstan arasında  bəyannamə imzalanacaqAzərbaycanla Gürcüstan arasında siyasət, təhlükəsizlik, iqtisadiyyat, ticarət, tranzit, mədəniyyət, təhsil və elm sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə dair bəyannamə imzalanacaq.

İnform.az "Report"-a istinadən xəbər verir ki, sənəd Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri zamanı imzalanacaq.

Xəbərdə bildirlib ki, prezidentlərin təkbətək və genişləndirlimiş formatda görüşü olacaq.

Məlumata görə, səfər zamanı Azərbaycan və Gürcüstan prezidentlərinin KİV qarşısında birgə bəyanatla çıxış edəcəkləri nəzərdə tutulub.

Səfər çərçivəsində Prezident İlham Əliyevin Gürcüstanın baş naziri, parlamentin sədri və patriarx II İlya ilə görüşəcəyi də gözlənilir.

Xəbərdə bildirilib ki, Azərbaycan Prezidentinin Marneulidəki azərbaycanlılarla görüşü də gözlənilir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 5-də Gürcüstana rəsmi səfərə yola düşəcək.
Səfər noyabrın 6-da başa çatacaq.

Baxış sayı: 410