Gündəm, Sosial, Şərhlər
04.11.2015 / 12:16

Özünüzü axırıncı vaqona qoymayın!

Özünüzü axırıncı vaqona qoymayın!
Dünya Aya metro çəkməyi düşünür, biz isə....

Təbriz İSLAM


Bir necə gün öncə sosial şəbəkələrdə birdən-birə bir problem peyda oldu. Yox, bu dəfə söhbət hər hansı bir texniki problemdən getmir. Söhbət gündəmi zəbt, beynimizi məşğul edən “sonuncu problem”- “axırıncı vaqon” mövzusundan gedir.

Belə ki, qadın və qızlarımızın qayğısına qalmaq istəyən soydaşlarımız bu dəfə onlara “axırıncı vaqonu” məsləhət gördülər. Yəni belə bir fikir ortalığa atıldı- “Qadınlar metrodan istifadə edərkən sonuncu vaqondan istifadə etsinlər”. Bu belə olarsa o zaman onlar heç bir narahatlıq keçirmədən və sıxıntı hiss etmədən, özlərini qatardakı basabasadan qoruyaraq, rahat bir şəkildə yollarına davam edə bilərlər.Özünüzü axırıncı vaqona qoymayın!

Bu isə sosial şəbəkədə böyük maraqla və “səs-küy”lə qarşılandı. Özlərini fürsətdən istifadə edən dələduzlardan qorumaq istəyən xanımlar sanki çıxış yolu tapdılar və bu fikri alqışladılar. Bəzi dələduz və xanım olmayan soydaşlar da bu xanımları dəstəklədi. Dələduzlar isə fürsətlərin əldən getdiyini düşünərək buna ehtiyac olmadığını bildirdilər.

Saymaqla qurtarmaq olmaz bu fikirləri. Çünki, hələ çox şərhlər gəlir bu məsləhətə.
Kimi, haqq qazandırır bu fikrə, kimi əleyhinə çıxır, kimi isə, adi qarşılayır.
Bəs görəsən doğrudanmı bu təqdirəlayiq bir addım olar? Doğrudanmı bununla problemi həll etmək mümkündür?
Çalışacam heç bir tərəfi müdafiə etmədən bu məsələyə mən də öz fikirlərimi bildirim.

Qayıdaq lap əvvələ...
Bəli, doğrudur. Həqiqətən də, nəqliyyat vasitələrində sıxlıqlardan istifadə edərək, bəzi çirkin niyyətini həyata keçirmək istəyənlər az deyil. Əslində bu xəstəlikdir. Psixoloji problemlərdən irəli gələn bir xəstəlik. (Bu xəstəlik haqda növbəti məqalələrdə geniş şəkildə bəhs edəcəyik.)
Ona görə də, bu xəstəliyin sağalması üçün xalqla yanaşı həkim və psixoloqlar da məşğul olmalıdırlar.

“Axırıncı vaqon” probleminə gəldikdə isə doğrudanmı bu qədər müzakirə olunmalı bir mövzudur? Doğrudanmı 21-ci əsrdə biz bu problemi həll etmək üçün acizik?
Lap tutaq ki, məsləhət görüldüyü kimi, arxa vaqona yalnız qadınlar mindilər. Və bu bir adət halını aldı. Bəs sonuncu vaqon bəs edəcəkmi bu qədər qadına. Yəni demək istədim ki bütün qadınlar bir vaqona yerləşəcəkmi?
Bəs kişilər üçün qalan dörd vaqon çox olmayacaq ? Bu gender barəbərliyi kimi problemləri yenidən qabartmayacaq ki? Lap hərəsinə iki vaqon ayrıldı tutaq ki, ortada daha bir vaqon qalacaq axı.

O vaqon necə bölünəcək!? Bəs o vaqona kim minəcək? Bəlkə oranı da təzə-təzə üzə çıxan üçüncü cinsin nümayəndələri üçün boş saxlasınlar?

Digər tərəfdən də, axırıncı vaqona minməyən qadınlar və harasa tələsdiyi üçün qaçıb özünü birtəhər həmin vaqona çatdıran kişilər sözsüz ki, “basabas həvəskarları” kimi qınaq obyektinə çevriləcəklər. Kim çevirməsə də, evinə gecikən və ya bir vacib şey almaq üçün gecə marketə gedən qadını hələ də normal qarşılamayan insanlar bunu edəcək. Axı bizim cəmiyyətimizdə belə insanların sayı hələ də az deyil!

Belə fərziyyə, ehtimal və reallıqlar saysız hesabsızdır.
Nə isə, məncə bu “axırıncı vaqon” sonuncu problemimiz olmayacaq. Göründüyü kimi yeniləri üzə çıxacaq.
Lap bu problemlər olmasa belə, bu mümkün olmayacaq. Elə isə məncə sıxlığın qarşısını almaq üçün digər problemləri həll etmək daha məqsədyönlü olar.
Əslində acizlik bu problemin həll olunmamasında deyil, onu elə özümüz yaratdığımız üçün biz acizik.
Bəs Çin və əhalisi çox olan digər ölkələrin yerində olsaydıq görəsən nə edərdik?
Özünüzü axırıncı vaqona qoymayın!
Bəlkə başqa problemləri həll edək əvvəlcə? Bəli, bunu yaradan digər səbəbləri...
Məsələn:

Qatarın qapısı açılanda bir birinə yol vermədən, minib-düşməyə cəhd edənlər kim, qapının ağzını kəsdirərək, “mühafizə xidmətini” yerinə yetirən kim.
Əvvəlcə bunları həll etsək daha yaxşı olmazmı?
Çünki, bunu həll etmək daha asandır. Və iki yolu var. Birinci- minənlər sol, düşənlər sağ tərəfdən istifadə etsinlər. Və yaxud da əksinə, fərq eləməz, əsas odur sıxlıq olmasın,kişi və qadınlar rahat olsunlar.

İkinci- əvvəl içəridəkilər düşməli, daha sonra minənlər daxil olmalıdır.
Düzdür, hələ bir məsələ də qaldı. Əsas “basabas” qatara minəndən sonra başlayır. Burda isə sadəcə olaraq, hərə öz qeyrətinə güvənsə və hamı düşünsə ki, onun da ana- bacısı indi hansısa vaqonda yol gedir, kifayət edər.

Məncə “kişilərin vaqonu”na minən qadınları və ya “qadınların vaqonu”na minən kişiləri qınamaqdansa, bu “basabas” həvəskarlarını qınayaraq, lazımi cavablar verilsə, belə hallar tam azalar və yox olar.
Son olaraq bir necə fikri də qeyd eləmək istərdim. Tutaq ki “axırıncı vaqon sazişi” bağlandı. Bəs avtobuslar necə olacaq? Orda ki, hamı birlikdə gedir.
Yeni gələn müasir qatarlarda bildiyimiz kimi, vaqondan vaqona keçid var. Bəs o keçidi kim qoruyacaq?
Ona görə də yaxşı olar ki, bu cılız düçüncələrdən əl çəkib digər problemlərin həllinə çalışaq.

Dünya artıq Aya metro çəkməyi düşünür, bizim günümüzə baxın, görün nəyi müzakirə obyektinə çevirmişik?

Ən azından, gözümüzü qorumaq şərti ilə, qatarda kitab oxumaq mədəniyyəti kimi halları təbliğ və tətbiq edə bilsək heç “basabas” problemi haqda düşünməyə vaxtımız olmayacaq.Özünüzü axırıncı vaqona qoymayın!

Belə ki, gəlin özümüzü belə cıliz problemlər qarşısında aciz qoymayaq. Yoxsa birinci və axırıncı vaqon arasında bir uçurum yarana bilər.
Son sözüm isə “basabas” həvəskarlarına və kişiləri qadınlardan ayırmaq istəyənlərədir:

ÖZÜNÜZÜ AXIRINCI VAQONA QOYMAYIN!!!

Baxış sayı: 1264