Dünya, Mədəniyyət
04.11.2015 / 11:09

Əbülfəs Qarayev ISESCO-nun Konfransı çərçivəsində görüşlər keçirib

Əbülfəs Qarayev ISESCO-nun Konfransı çərçivəsində görüşlər keçiribMədəniyyət və turizm naziri Əbülfəs Qarayev ISESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.

İnform.az xəbər verir ki, bu barədə Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Verilən məlumata görə, Ə. Qarayev İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amid Mədəni, Səudiyyə Ərəbistanın mədəniyyət və informasiya naziri Adel bin Zaid Əl Toraifi, Küveyt Dövlətinin informasiya, gənclərlə iş üzrə dövlət naziri Şeyx Salman Sabah Səlim Əl-Həmmud Əl-Sabah, Qətər Dövlətinin mədəniyyət, incəsənət və irs naziri Həməd bin Əbdüləziz əl-Kavan, Misirin mədəniyyət naziri Muhəmməd Saber İbrahimlə görüşərək ölkələr arasında mövcud mədəni əlaqələrin daha da inkişaf etdirilməsini müzakirə edib.

Səudiyyə Ərəbistanın mədəniyyət və informasiya naziri Adel bin Zaid Əl Toraifi ilə keçirilən görüşdə hər iki ölkə arasında mədəniyyət haqqında sazişin şərtlərinə baxılması müzakirə olunub. Nazir Adel bin Zaid Əl Toraifi Ə. Qarayevi bu ilin dekabr ayında Krallığın Ciddə şəhərində keçiriləcək “Beynəlxalq kitab sərgisi”nə dəvət edib və bildirib ki, o, Azərbaycan ədəbiyyatı və incəsənəti ilə tanışdır.

ISESCO-nun baş katibi, İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Əli Cənnəti ilə keçirilmiş görüşdə də iki ölkə arasında nəzərdə tutulan qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin təfərrüatları müzakirə edilib.

Baxış sayı: 385