Sosial
04.11.2015 / 03:46

Azərbaycan Londonda keçirilən beynəlxalq turizm sərgisində

Azərbaycan Londonda keçirilən beynəlxalq turizm sərgisində Londonda “Dünya səyahət bazarı-2015” ənənəvi beynəlxalq turizm sərgisi açılıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan sərgidə uğurla təmsil olunur.

Nazirliklə yanaşı, sərgidə 15 yerli turizm şirkəti - “Atlas”, “STİ travel”, “SW travel”, “Galaxy”, “Şahdağ” turizm mərkəzi, “Delta Group”, “AL Travel”, “ENC”, “Turizm.az”, “The Tour”, “GEO travel”, “Convention”, “ATA travel”, “Gilan Turizm”, “AZTA”, 1 otel –“Absheron Hotel”, həmçinin “Azərbaycan Hava Yolları” təmsil olunur.

Burada icarəyə götürülmüş 105 kvadratmetrlik sahədə Azərbaycan stendi quraşdırılıb, ziyarətçilərə ölkəmizin mədəniyyəti və turizm imkanları haqqında ətraflı məlumat verilir. Azərbaycan stendi sərgiyə gələn ziyarətçilərə paylanması üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları və video-çarx ilə təmin edilib.

Sərgi zamanı ziyarətçilərlə işgüzar görüşlər keçirilib və yerli turizm şirkətləri tərəfindən bir sıra əməkdaşlıq müqavilələri imzalanıb.

Ölkəmizin stendini Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş katibi Taleb Rifai ziyarət edib və Mədəniyyət və Turizm Nazirliyinin sektor müdürü Mahir Qəhrəmanovun başçılıq eydiyi nümayəndə heyəti ilə məhsuldar görüş keçirilib. Azərbaycan nümayəndə heyəti, həmçinin BMÜT və Dünya Turizm Sərgisinin təşkilatçılığı ilə keçirilən “Məkan brendinqi: dəyişən bazarda yeni problemlər” adlı sammitdə iştirak edib. Sammitdə dünya turizmində aktual məsələlər müzakirə olunub.

İnform.az

Baxış sayı: 182