İdman
04.11.2015 / 05:58

"Monako" klubu Bakıya gəlib

"Monako" klubu Bakıya gəlib Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Ağdamın “Qarabağ” komandası ilə qarşılaşacaq Fransa çempionatının 7, kubokunun 5 qat qalibi, 2004-cü il Çempionlar Liqasının finalçısı “Monako” klubu Bakıya gəlib.

İnform.az "AZƏRTAC"-a istinadla xəbər verir ki, knyazlıq təmsilçisinin baş məşqçisi Leonardo Jardim ölkəmizə 20 futbolçu gətirib. Heyətdə Portuqaliya millisinin də üzvləri olan Rikardo Karvalyo, Joao Moutinyo, İtaliya, Xorvatiya və Kot di Vuar yığmalarının hücumçuları Stefan Əl-Şaaravi, Mario Paşaliç və Lasina Traore kimi ulduz futbolçular yer alıb.

Fransa komandası noyabrın 4-də paytaxtımızda Ağdam təmsilçisi ilə görüşdən əvvəl son məşqinə çıxacaq. Bundan əvvəl, saat 17:15-də baş məşqçinin iştirakı ilə mətbuat konfransı təşkil ediləcək.

Qeyd edək ki, “Qarabağ” - “Monako” matçı noyabrın 5-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlayacaq. Oyunu rumıniyalı baş hakim Kristian Balay idarə edəcək.

Bu kollektivlər arasında Fransada keçirilən ilk görüş “Monako”nun minimal üstünlüyü ilə başa çatmışdı – 1:0.

Xatırladaq ki, hazırda rəqib komanda Fransa çempionatında 20 klub arasında 6-cı pillədə qərarlaşıb.

Baxış sayı: 303