Sağlamlıq
04.11.2015 / 04:28

İnsanları xilas edəcək bitki

İnsanları xilas edəcək bitki ABŞ alimləri dünya ictimaiyyətini sevindirəcək xəbər yayıb.

İnform.az "Axar.az"-a istinadən xəbər verir ki, Atlanta Universitetində siçanlar üzərində aparılan təcrübələrdən sonra xərçəng xəstəliyinin dərmanı tapılıb. Qarağat rəvəndi adlanan bitkinin tərkibindəki qırmızı piqmentlər siçanın bədənindəki xərçəng hüceyrələrinin yarısını məhv edib.

Bu nəticədən sonra alimlər həmin bitkidən dərman hazırlanması istiqamətində araşdırma başladıb. Xəbər tibb dünyasında böyük həyəcana səbəb olub.

İngiltərənin “Deyli Ekspress” qəzetinin yayımladığı xəbərdə bu bitkinin insanları xilas edəcəyi bildirilib.

Baxış sayı: 474