Hadisə
03.11.2015 / 20:39

Nepalda dəhşətli qəza

Nepalda dəhşətli qəza Nepalda sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində 30 nəfər ölüb.

İnform.az "APA" agentliyinə istinadən bildirir ki, hadisə paytaxt Katmandu şəhərindən 32 km aralıda qeydə alınıb.

35 nəfər xəsarət alaraq xəstəxanalara çatdırılıb.

Qəzanın başvermə səbəbləri məlum deyil. Hadisə şahidləri avtobusun sərnişinlərlə dolu olduğunu, bəzilərinin avtobusun damında getdiklərini bildirib .

Baxış sayı: 133