Qonağımız var..., Baş xəbər, Müsahibə
03.11.2015 / 14:57

Gülnarə Bayramova: “Dərsliklərdə o qədər qəliz ifadələr var ki, hətta ədəbiyyat müəllimi belə oxuyub, onları dərk edə bilmir”

Gülnarə Bayramova: “Dərsliklərdə o qədər qəliz ifadələr var ki, hətta ədəbiyyat müəllimi belə oxuyub, onları dərk edə bilmir” "Necə ola bilər ki, 150 balı zorla toplayan bir şagird bu gün Texniki Universitetin tələbəsi olur?"

İnform.az-ın “Qonağımız var” layihəsinə bu dəfə pedoqoji sahənin nümayəndəsini dəvət etmişik. Qonağımız Nizami rayonu 62 №-li məktəb-liseyin dil-ədəbiyyat müəllimi Gülnarə Bayramovadır.

-Gülnarə xanım, xoş gəlmisiniz. Sizinlə söhbətimiz Azərbaycan təhsilinin bu günü və təhsilimizdə əsas sahələrdən biri olan dil-ədəbiyyat fənni ilə bağlı olacaq. Öncə özünüzü oxucularımıza təqdim edərdiniz.

-Özüm haqqında nə deyim? Müəlliməm, Pedoqoji Universiteti bitirmişəm. Bu il 23 ildir müəllim işləyirəm. Hal-hazırda 62№-li məktəb- liseydə Azərbaycan dili və ədəbiyyatını tədris edirəm. TQDK –da ekspertəm,dərslikləri qiymətləndirmə komissiyasının üzvüyəm, məktəbdə fənn kabinetinin rəhbəriyəm.

-Ədəbiyyat dərsliklərimizdəki şagirdləri və valideynləri, eləcə də siz müəllimləri qane etməyən nüanslar barədə nə deyə bilərsiniz?

-Elə suala gəlib cixdiniz ki mənim yarali yerimdir. Bilirsiniz ki, artıq səkkiz ildir ki, orta məktəblərdə kurikulum sisteminə keçirilib. Bu sistemin də müsbət və mənfi tərəfi çoxdu.
Bunu tənqid edənlərdən biri də mən olmuşam. Bu o demək deyil ki, bu sistem tamamilə pisdir, ölkəmizə yararsızdır, yox.
Kurikulumu düzgün dərk edərək tədrisdə şagirdlərə təqdim etmək çox önəmlidir.
Təəssüf ki, kurikulumu düzgün izah edə biləcək bir vəsait bizdə yoxdur.
Düzdür, Təhsil Nazirliyininnin əməkdaşları gəlib bizə kurslar keçirlər. Amma bu müddət ərzində bizə cəmi iki kitab verilib. Məşədi İbadın sözü olmasın “ o qədər qəliz dildə yazılıb ki, “Tarixi Nadiri”sonadək oxumuşam, amma bu kitabi başa düşə bilmirəm”.Yəni, çox qəlizdi. Bu sahəni bilən mütəxəssislər çox azdı.
Bir şeyi də qeyd edim ki,əslində sovet təhsil sistemində də bu kurikulum var idi, amma adı başqa idi. Məsələn, mən orta məktəbi bitirmişəm 90-cı illərdə, hansı ki mənim tarix, ədəbiyyat müəllimlərim qruplar üzrə iş, beyin həmləsi, ziqzaq və s.indi belə adlanan vasitələrdən istifadə edərək, çox sadə dildə bunları gözəl tədris edirdilər.
İndi bəzi əməkdaşlar gəlib bunu bizə elə təqdim edirlər ki, sanki, bu yenidir və biz bunu bu indiyədək bilməmişik.
Müsbət cəhətləri çoxdu. Şagirdlər sərbəst şəkildə özlərini ifadə edə bilirlər. Şagirdlər dərs necə varsa, elə də təkrar etməyə məcbir edilmirlər.
O istədiyi kimi dərsi təqdim edə və fikrini bildirə bilər.
Müəllim bunu çox təbii qarşılamalıdır və qarşılayir da.
Kurikulumun mənfi tərəfləri də az deyil. Mən öz sahəmdən götürürəm, dil -ədəbiyyatdan. Məsələn, qramatikada məlumat çox qısa verilir. Dil cəhətdən usaqları savadsızlığa aparir. Dilin qramatikası baxımından mükəmməl keçirilimir.
Məsələn, yazır ki, “Xəbər baş üzvdür nə edir, nə etdi, nə edəcək” sualına cavab verir. Bitdi, bu qədər.
Və bunu kitab müəllifləri şagirdin hər birinə xəbərin dərinliyinin lazım olmadığı ilə əsaslandırırlar.. Bəlkə, bu, gələcəkdə iqtisadçı olacaq,nəyinə lazımdır onun xəbər?
Absurd bir fikir...

-Çox yanlış bir fikirdi...

--Təbii, yanlışdı. Deyir ki, bunu qoy getsin, ədəbiyyatçı, jurnalist olmaq istəyən universitetdə öyrənsin.
Biz Universitetdə oxuyanda orta məktəb biliklərimiz bizə çox kömək olurdu. Universitetdə yalnız bu bilikləri təkmilləşdirirdik. Amma indi kurikulumla məktəb bitirən uşaqlar universitetlərdə sanki orta məktəbi yenidən oxuyacaqlar. Nə bilim, mətnlərə,mətn üzərində işə çox yer verilir.
Keçək dərsliklərdə olan qüsurlara.
Kecən il mənim altıncı siniflərdə dərsim var idi, ədəbiyyat, Azərbaycan dili. Ədəbiyyat dərslikləri məni heç qane etmirdi. TQDK-da bu məsələni müzakirə etdik. Təhsil Nazirliyinə iradlarımızı yazılı formada yolladıq. Təəssüflər olsun ki, müəlliflər dəvət olunsalar da, müzakirəyə gəlmədilər. Dəvət etdik ki, gəlsinlər, oturaq ,bəlkə, biz nəyisə düz anlamırıq, bunlar nəsə demək istəyirlər bu mövzuları yazmaqla. Amma gəlmədilər.
Orda elə çətin mövzular var idi ki, məsələn A.Dümanın“Qafqaz səfəri” əsəri. Bu əsəri biz öyrənmişik universitetdə. O əsəri oxuyanda biz hələ indi dərk edirik nə oxuduğumuzu. Təsəsvvür edin, altıncı sinif şagirdi,on bir yaşında bir uşaq bu əsəri necə anlaya bilər?
Uşaq cümləni bitirənə kimi on dəfə sual verir, “ müəllim, bu nədir, o nədir?” deyə.
Sonra “Səyahətnamə” əsəri. Bunu YI sınıf şagirid necə dərk edə bilər?Bunu onunla əsaslandırırlar ki, guya uşaqlar bundan da qəliz elə əsərlər oxuyurlar ki, bu əsərlər onlar üçün çox sadədir.
Biz o yaşda olan şagirdlərə tətil vaxtlarında oxumaq üçün asan və sadə əsərlər veririk. Məsələn, bu yay tətilində mən öz şagridlərimə “Mavi qatarın sirri” əsərini tapşırmışdım. İnanın, demək olar ki, sinfin yarıdan çoxu bu əsəri rahatlıqla oxumuşdu.Olsun, “Baskervillərin iti” və s. Amma daha “Səyahətnamə” yox da ...
Dərsliklərdə o qədər qəliz ifadələr var ki..... Yaxşı, mətni qoydum kənara, i ndiki üsulda mətnlə bağlı suallar verilir. Sualların özündə o qədər qəlizlik var ki, adam dəhşətə gəlir...
Şagird anlaya bilmir ki, bu sualda nə deyilir.
Daha bir misal, dərsliyə uyğun iş dəftəri nəşr etmişdilər. Əvvəlcə özüm aldım ki, baxım görüm nə var onun içində. İnanın dəhşətə gəldim, mən özüm onu çox çətinliklə işlədim.
Çox yararsız bir dəftərdi, kitab necə qəlizdisə, dəftər ondan da qəlizdi. Mən usaqlara tapşırdım ki, “Qafqaz əsərini”, Səyahətnamə”-ni evdə özünüz üçün oxuyun, mən onu sizinlə təhlıil etməyəcəyəm.Əvəzində, asan, onların yaş dövrünə uyğun olan əsərlər üzərində işlədik.
Kurikulum sistemində elədir ki, sən uşağa deməməlisən, bunu yaz. İstiqamət verməlisən, uşaq özü təhlil etməlidir. İstiqaməti də gərək verə biləsən ki, uşaq onu həll edə bilsin.
Ona görə mən evdə test tapşırıqları, suallar hazırlayiram ki, onlar rahatlıqla dərsi qavraya bilsinlər.
Müasir təhsil sistemi bizə deyir ki, sizə istiqamət veririik, yəni savadlı müəllim özü tədris vəsaiti hazırlaya bilər. Amma bu yenə də müəlliflərə haqq vermir ki, dili ağır olan dərslik yazsinlar.
Baxın, digər siniflərin Y,YII siniflərin ədəbiyyat kitablarında bir az qüsur olsa da, yaxşıdır. YI sinifin dərsliyi ilə müqayisədə çox yaxşıdır.
Məsələn YIII sinfin ədəbiyyat dərsliyi artiq 10-11 ci sinfə hazirliq kimi başlayır. Dövrlərdən başlayir, ən qədim dövrdən ən yeni dövrə qədər.
Xaqani Şirvaninin “Gəncə nəsihəti”, Nizaminin “Sultan Səncər və qarı”, Füzulinin “ Söz” qəzəli və s.
Hə, görürük ki, burdan usaq tərbiyəvi nəsə götürə bilər.Bu usaqların təfəkkürünə uyğun olan əsərlərdir.
Bildiyimiz kimi Füzulinin “Leyli və Məcnun” əsəri indi IX sinifdə keçirilir, qabaqlar isə X sinifdə keçirələrdi. Bəziləri bu əsəri “Eşqnamə” adlandırırlar. Düzdür, bu eşq dastanıdır. Amma burda tərbiyəvi olan çox məqamlar, dərin fəlsəfi, islami fikirlər var. Mən şəxsən o əsərin mahiyyətini universitetdə daha dərindən anladım.
Bu, kurikulumdan öncə salınıb. Yəqin ki, bundna sonra nəzərə alacaqlar bu məsələni.
Bizdə qəribə bir təfəkkür var, dərslik beş il müddətinə hesablanıb. Beş il heç bir söz deyə bilməzsən, beş ildən sonra təklifləriniz nəzər alınar.
Çox yanlış bir yanaşmadır. Əgər bu dərslik tələblərə cavab vermirsə, bu dəyişməldir. Belə çıxır ki, beş il bu usaq kor olmalıdır.
Gülnarə Bayramova: “Dərsliklərdə o qədər qəliz ifadələr var ki, hətta ədəbiyyat müəllimi belə oxuyub, onları dərk edə bilmir”
-Gülnarə xanım,siz bayaq qeyd etdiniz ki, TQDK-də ekspert kimi fəaliyyət göstərirsiniz, bu gün III qrupa sənəd verən abuturiyentlərlə vəziyyət nə yerdədir? Son beş illə müqayisədə bir müəllim kimi sizi qane edirmi indiki durum?

-Haqlısınız ki, son beş ilə kimi III qrupa axın daha çox idi.
Sevindirici haldır ki, il-ildən yaxşı olur. Bu ilki nəticələr öncəki illərlə müqayisədə çox yaxşıdır.
Yüksək bal toplayanlar çoxdur. Sevindirici haldır ki, nəhayət, bu il TQDK öz sözünün üstündə durdu və keçid ballarını aşağı salmadı. Çox gözəl bir haldır. Çünki həmişə universitet dəhlizləri tələbə ilə dolsun, auditoriyalar boş qalmasın deyə keçid balı 100 bala qədər endirilirdi.
Bu çox pis bir hal idi. Şəxsən mən bunu bir müəllim kimi özümə təhqir sayirdim. Necə ola bilər ki, 150 balı zorla yığan bir şagird getsin bu gün Texniki Universitetin tələbəsi olsun.
Bu Texniki və Memarlıq və İnşaat Mühəndisləri Universitetlərini nədənsə bizim insanlar aşağı səviyyəli universitetlər sırasında görürlər. Niyə? Bu suala hələ də cavab tapa bilmirəm. Halbuki, bu gün bacarqılı, istedadlı memara hər yerdə ehtiyac var.Amma memarlığı bitirib gedir, elementar bir layihə çəkə bilmir.
Nəzərinizə çatdırım ki, gələn il nəinki ballar aşaqı salnacaq, hətta artırılacağı gözlənilir. Bu il də qalxdı, bu il minimal bal 250 oldu. Bu təbii bütün fakültələrə aid deyil, 250 balın varsa, sən ixtisas seçimi edə bilərsən.
İstədiyin fakültəyə düşmək üçün təbii ki, 450 dən yuxarı balın olmalıdır. Ona görə bu il sevindiricidir. Nəhayət ki, TQDK ilə Təhsil Nazirliyi ortaq dil tapıblar. Şükür ki, yeni nazirimizlə TQDK çəkici eyni zindan vururlar.

-Bütün sahələrdə bunu müşahidə edirik, niyə biz tənqidi normal qəbul edə bilmirik. Məsələn, tutaq ki, siz Təhsil nazirliyi və ya çalışdığınız məktəbləmi bağlı hər hansı bir nöqsanı dediniz, çatışmazlıqları tənqid etdiniz. Inandırım sizi ki,az da olsa siz qınağa tuş gələcəksiniz. Hətta dərs saatlarınızı belə azalda bilərlər. Misal üçün deyirəm.
Məktəb direktorları, sizə kürsü ,sizə xalqın gələcəyi etibar olunur. Millətin sabahı həvalə olunur. Bu kürsü ona boşunamı etibar olunur”.Niyə haqlı tənqidi qərəzli başa düşürlər baxın bunu anlamıram.
Nöqsanı araşdırıb yazan jurnalistə qarşı və ya tənqid edən müəllimə qarşı ikrahedici bir mövqe tutulur, direktorlar və ya əlaqədar qurumlar tərəfindən.
Baxın bir müəllim, biz ziyalı, bir ictimaiyyətçi xanım kimi deyə bilərsinizmi bu münasibətin günahı kimdədir?
Məktəb direktoru təyin edərkən, xüsusi atesstasiyadanmı keçirmək lazımdı belələrini ki, görsünlər tənqidə necə reaksiya verirlər?
Bu sualı özümə çox verirəm, nə zamana kimi məktəb direktoru kürsüsündə müəllim və direktor adına layiq olmayanlar oturacaqlar?

-Son bu beş ildə məktəblərdə təsadüfü insanlar yoxdu desəm yanılmaram. Daha nə məktəb direktoruna, nə də əlaqədar qurumlara rüşvət verib müəllim işləməyə gəlmək imkanı yoxdur.
Müəllim işləmək istəyrisən, buyur gəl, bu meydan, bu şeytan. Təhsil Nazirliyinin xüsusi saytı var qeydiyyatdan keçirsən, üç mərhələdə imtahan verirsən. Əvvəllər iki mərhələ idi indi üç mərhələli ediblər. İmtahandan keçə bildinsə, mərkəzdən tutmuş bölgələrə kimi müəllim olaraq təyinat verilir.
Bəlalı yerimiz odur ki, müəllimlərin çoxu rayonlarda gedib işləmək istəmirlər, guya oralardakı dakı şəraitsizlik ucbatından. Amma Təhsil Nazirliyi bunu da nəzərə alıb. Belə ki, onlar komunal xərclərdən azad olunur, evlə, yanacaqla , təmin olunurlar. Yəni, onların normal çalışmaları üçün hər cür şərait yaradılır.
Bir də ki, əgər sən, həqiqətən, sevərək bu peşəni seçmisənsə, müəllimsənsə, niyə təyinatdan qaçırsan. Keçmışdə necə idi, instititu bitirəndə təyinat verilirdi. Etiraz etmək çox çətin idi. Amma indi hamı asan, rahat şəraitə qaçır. Hamı Bakıda qalmaq istəyir. Bakı nə boyda şəhərdi ki, hamını qoynuna alsın.
Əgər mən müəlliməmsə, mənə hardasa ucqar bir kənddə ehtiyac varsa, niyə də getməyim. Gedərəm üç il, beş il işləyərəm və bilərəm ki, mənim də ölkəmin təhsilində az da olsa payım var.
Artıq iki ildir ki, bir sıra Universitetlərdə ibtidai sinif müəllimi ixtisasına qəbul dayandırılıb. Çünki məzun o qədər çoxdur ki, bu sahə üzrə kadrları yerləşdirmək olmur.
Niyə rayona getmirlər? Şükür Allaha, rayonlarımızda indi o qədər islahatlar gedir, o qədər yeniliklər var.
Məsələn, mən öz rayonumuza-Ağstafaya gedəndə fəxr edirəm, vallah, qayıtmaq istəmirəm. Ürəkaçan irəliləyiş var hər sahədə. Bir az işsizlik problemi var idi, o da ki, inşallah, yavaş-yavaş aradan götürülür. Üç il bundan əvvəlki ilə indikini müqayisə edəndə necə böyük dəyişikliklərin olduğunu görürsən.
Kənddə yaşayan da indi kəndi bəyənmir, o da şəhərə gəlməyə can atır. Adama deyən gərək, ay bala, sən axı bu torpaqda doğulmusan, burda ərsəyə çatmısan ,nə oldu indi birdən-birə şəhərli olmaq istədin?
Tənqidə gəldikdə biz niyə tənqidi qəbul etmirik? Normal intellektual səviyyəsi olan, əsil ziyalı, müəllim və ya direktor haqlı tənqidi normal qarşılayır və ortada olan problemin həllinə çalışır.Məsələn, bizim məktəbdə vəziyyət məhz belədir.
Amma bunun əksi olan, bu vəzifəyə təsadüfən gələn, işçilərini əzən, alçaldan insan bunları qəbul etmir.
Müəllimlərin son konfransında cənab nazirimiz də öz çıxışında qeyd etdi ki,keçən il iki məktəb direktoru cinayət məsuliyyətinə cəlb olunub. Rüşvət üstündə və müəllimlərini təhrir etdiklərinə görə.
Bu günun özündə hec bir direktor əmin deyil ki, ilin sonuna kimi o direktor olaraq vəzifəsində qalacaq ya yox. Çünki onların işinə ciddi nəzarət var. Bir müddət bu, belə olacaq. Savadsız müəllimə deyəndə ki, “sən yaxşı dərs kecmirsən,” gedib arxada deyir ki, “guya ozu məndən yaxsi dərs kecir”.Amma savadlı müəllimə bunu deyəndə deyir “nə olar, oturaq mənə izah et ki mən bunu yaxsi necə keçə bilərəm”.
İnsanlarda bu gün qəribə aqresiyya, doğrunu qəbul etməmək, valideyni dinləməmək var. Amma dərk edən insan isə tam fərqli düşünür.Valideyn baxacaq , sən yaxşı dərs keçmirsən, məlum ki, gedib yaxşı məktəb tapacaq və övladını aparacaq ora. Baki şəhərində o qədər məktəb var ki...
Bilirsinizmi niyə bizim məktəbə, 220 sayli məktəbə və başqa seçilən məktəblərə axın çoxdu? Çünki bilirlər ki, rəhbərlik məsuliyyətlidir. Eyni məsuliyyət müəllimlərdə də var.
Basqa məktəbdən bizə“5”- lə gələn sagird bizdə“3”-ü zorla alir.
Qiymət artıqmaq, yalandan qiymət yazmaq yoxdu, hər müəllim yazdiği qiymətin arxasinda dura bilməlidir.


Xalidə Xalid/İnform.az

Baxış sayı: 1091