Dünya
03.11.2015 / 13:58

Türkiyə parlamentində ermənilər 3 deputatla təmsil olunacaq

Türkiyə parlamentində ermənilər 3 deputatla təmsil olunacaqTürkiyə Böyük Millət Məclisində ermənilər üç deputatla təmsil olunacaq. İnform.az "Report"a istinadən xəbər verir ki, Markar Eseyan hakim İnkişaf və Ədalət Partiyasından, Selina Doğan Cümhuriyyət Xalq Partiyasından, Garo Paylan Xalqların Demokratik Partiyasından deputat seçiliblər.
Xatırladaq ki, bu il iyunun 7-də keçirilən seçkidə də onlar həmin partiyaların namizədi kimi deputat olmuşdular.
Qeyd edək ki, noyabrın 1-də Türkiyədə keçirilən parlament seçkisində hakim Ədalət və İnkişaf Partiyası 49,6 faiz (parlamentdə 317 yer), Cümhuriyyət Xalq Partiyası 25,22 faiz (134 yer), Milliyyətçi Hərəkat Partiyası 11,7 faiz (40 yer), Xalqların Demokratik Partiyası 10,86 faiz (müstəqil deputatlarla birlikdə 59 yer) səs qazanıb.

Baxış sayı: 429