Hadisə
03.11.2015 / 07:54

İtkin düşən gəmi tapılıb

İtkin düşən gəmi tapılıb Baham adaları rayonunda bir ay bundan əvvəl yoxa çıxan ABŞ-ın “El-Faro” yük gəmisinin suyun 4600 metr dərinliyində tapıldığı ehtimal olunur.

ABŞ Hərbi Dəniz Donanmasının nümayəndələri sualtı kəşfiyyat missiyasının nəticələrinə əsasən bu informasiyanı dəqiqləşdirməlidir.

Xatırladaq ki, uzunluğu 241 metr olan yük gəmisi oktyabrın 1-də qasırğa zamanı radarlardan itib. Gəminin göyərtəsində 33 heyət üzvü olub.

İnform.az

Baxış sayı: 224